...

Avropa Oyunlarında cüdo yarışlarının üçüncü günü son medal ümidimiz də puç oldu

Baku 2015 : EUROGAMES Materials 27 İyun 2015 14:48 (UTC +04:00)
Avropa Oyunlarında cüdo yarışlarının üçüncü günü son medal ümidimiz də puç oldu.
Avropa Oyunlarında cüdo yarışlarının üçüncü günü son medal ümidimiz də puç oldu

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir İlkin İzzət/

Avropa Oyunlarında cüdo yarışlarının üçüncü günü son medal ümidimiz də puç oldu.

Trend xəbər verir ki, bu gün tatami üzərinə çıxan cüdoçularımızın içində son medal ümidimiz, kişi cüdoçuların yarışında ölkəmizi 90 kq-dək çəkidə təmsil edən Ramin Qurbanov 1/8 finalda Macarıstan cüdoçuzu Kristian Totla üz-üzə gəlib.

R.Qurbanov görüşdə rəqibinə heç bir fənd tətbiq edə bilməyib. Üstəlik bir sido ilə cərimələndiyindən təmsilçimiz qarşılaşmanı məğlubiyyətlə tərk edib. Bununla da o medallar uğrunda mübarizəni dayandırıb.

Xatırladaq ki, bu gün cüdo yarışlarında Azərbaycanın 5 təmsilçisi mübarizəyə qoşulub və onların hamısı medallar uğrunda mübarizədən kənarda qalıblar. Qadın cüdoçumuz Günel Həsənli (-78 kq) və Elmar Qasımov (-100 kq) elə ilk görüşlərində, Elxan Məmmədov (-100 kq) və Uşangi Kukauri (+100 kq) isə ikinci qarşılaşmalarında məğlub olaraq medallar uğruna mübarizəni erkən dayandırıblar.

Bununla da, cüdo yığmamız fərdi yarışlarda Avropa Oyunlarını gözdən əlil idmançıları çıxmaqla cəmi bir gümüş medalla başa vurub. Paracüdoçularımızın dünən bir dəst medal əldə etməsi isə yalnız təsəlli hesab edilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti