...

Prezident İlham Əliyev Avropa Oyunlarında qalib gələn boksçuların mükafatlandırma mərasimində iştirak edib (ƏLAVƏ OLUNUB 2) (VİDEO, FOTO)

Baku 2015 : EUROGAMES Materials 27 İyun 2015 20:26 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Bakı-2015 Avropa Oyunlarında kişilər arasında 60 kq çəki dərəcəsində boks yarışlarında qalib gələn idmançıların mükafatlandırma mərasimində iştirak edib.
Prezident İlham Əliyev Avropa Oyunlarında qalib gələn boksçuların mükafatlandırma mərasimində iştirak edib (ƏLAVƏ OLUNUB 2) (VİDEO, FOTO)

İlk xəbər 19:30-da yayılıb

Azərbaycan, Bakı, 27 iyun /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Bakı-2015 Avropa Oyunlarında kişilər arasında 60 kq çəki dərəcəsində boks yarışlarında qalib gələn idmançıların mükafatlandırma mərasimində iştirak edib.

Trend-in məlumatına görə, bu çəki dərəcəsində qızıl medalı Azərbaycan idmançısı Albert Səlimov qazanıb. O, həlledici döyüşdə rəqibi fransız Oumiha Sofiana qalib gələrək qızıl medala sahib olub.

XXX

Azərbaycan Prezidenti İlham Əliyev Bakı-2015 Avropa Oyunlarında kişilər arasında 69 kq çəki dərəcəsində boks yarışlarında qalib gələn idmançıların mükafatlandırma mərasimində iştirak edib.

Trend-in məlumatına görə, bu çəki dərəcəsində qızıl medalı Azərbaycan idmançısı Pərviz Bağırov qazanıb. O final döyüşündə Rusiya idmançısı Aleksandr Besputin üzərində qələbə qazanıb.

XXX

Azərbaycan Prezidenti İlham Əliyev daha sonra Bakı-2015 Avropa Oyunlarında kişilər arasında 91 kq çəki dərəcəsində boks yarışlarında qalib gələn idmançıların mükafatlandırma mərasimində iştirak edib.

Trend-in məlumatına görə, bu çəki dərəcəsində Azərbaycanı təmsil edən Abdulqadir Abdullayev texniki qələbə qazanaraq qızıl medala sahib çıxıb. A.Abdullayevlə finalda döyüşməli olan Ukrayna boksçusu Georg Manukyan zədə aldığı üçün rinqə çıxmayıb.

Qeyd edək ki, Azərbaycan idmançıları ümumilikdə Avropa Oyunlarında 21 qızıl medal qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti