Azərbaycan, Bakı, 28 iyun /Trend/
I Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin xərci 100 milyon manatdan az (95 milyon dollar) məbləğdə qiymətləndirilir. Trend-in məlumatına əsasən, bu barədə TASS agentliyi Azərbaycan Gənclər və İdman naziri Azad Rəhimova istinadən xəbər verir.
Xatırladaq ki, əvvəl bəzi mətbuat orqanları TASS-a istinadən açılış və bağlanış mərasimlərinə təqribən 240 milyon manat (229 milyon dollar) vəsaitin xərclənməsi barədə məlumat yaymışdı.
TASS-ın məlumatına əsasən, A.Rəhimov bildirib ki, açılış və bağlanış mərasimlərinə büdcədən əlavə məbləğ tələb olunmayıb və xərclər 100 milyon manatdan (95 milyon dollar) az olub.