Bakı - Avropanın yeni idman paytaxtına çevrildi

Bakı - Avropanın yeni idman paytaxtına çevrildi

Xüsusi olaraq Trend üçün

Avropa siyasi və iqtisadi cəhətdən dünyanın mərkəzi olmaqla yanaşı, idman sahəsində də bu statusa sahib çıxmaq niyyətini dəfələrlə nümayiş etdirib. Olimpiya hərəkatının "köhnə qitə"də başlanmasını nəzərə alsaq, beynəlxalq idman dəyərlərini bütün dünyada yaymaq və inkişaf etdirmək məsuliyyəti də Avropanın üzərində olub.

Azərbaycan müasir dövrdə Avropa Olimpiya hərəkatının başlanğıc nöqtəsi oldu

Fransız zadəgan Pier De Kubertinin təşəbbüsü ilə keçirilən ilk müasir olimpiya oyunlarının əsas məqsədi və hədəfi idman dəyərləri vasitəsilə dünya xalqlarını bir-birinə yaxınlaşdırmaq, onlar arasında sülh və dostluq münasibətlərini inkişaf etdirmək idi. Şübhəsiz, olimpiada dünyanın ən güclü atletlərinin mübarizə meydanına çevrilən və xalqları bir araya gətirən ən mötəbər idman festivalıdır. Lakin 4 ildən bir il keçirilən bu forumla yanaşı, digər qitə miqyaslı multi-idman yarışları da hər zaman atletlər arasında rəqabət və idman dəyərlərinin təbliği baxımından böyük əhəmiyyət kəsb edib. Müasir olimpiya oyunlarının keçirilməsindən sonra bütün qitələrdə multi-idman Oyunları təşkil edildi. Pan Amerika Oyunları 1951, Sakit Okean Hövzəsi Oyunları 1963, Afrika Oyunları 1965, Asiya Oyunları 1978-ci ildən keçirilir. Avropa isə gözləyirdi."Köhnə qitə" digər kontinentlərdən bu sahədə geri qalırdı. Uzun illər idi ki, Avropanın idman ictimaiyyətində Oyunların keçirilməsi barədə ideya var idi, lakin bunu reallaşdırmaq mümkün olmurdu. Nəhayət, Avropa Oyunlarının keçirilməsi barədə qəti qərar verildi. 2012-ci ilin dekabr ayında İtaliyanın paytaxtı Roma şəhərində keçirilən Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin 41-ci Baş Assambleyasında Avropa Oyunlarının keçirilmə tarixi və ev sahibi şəhəri seçildi. Dünya olimpiya hərəkatının fəal üzvlərindən olan Azərbaycan bu tarixi missiyanı öz üzərinə götürdü. Avropa Olimpiya Komitələrinin üzvlərinin böyük əksəriyyəti Bakı şəhərinin ev sahibliyini dəstəklədi.

Avropa Bakıya "amazing" və "fantastic" dedi

İlk Avropa Oyunlarına hazırlıq prosesi 2 il 6 ay müddətinə yekunlaşmalı idi. Çoxları buna inanmırdı, şübhələr var idi. Amma günlər keçdikcə, bu şübhələr aradan qalxdı.

Əsas diqqət, ilk növbədə, idman infrastrukturunun inkişafı, yeni təsisatlar və mövcud olan qurğuların yenidən qurulmasına yönəldi. Üstəlik, Oyunların keçirilməsi barədə verilən qərardan əvvəl də artıq Bakıda bir neçə möhtəşəm idman arenasının tikintisinə başlanmışdı. Yekunda, 20 idman növü üzrə keçirilən yarışlar 5 yeni arena da daxil olmaqla, ümumilikdə 21 obyektdə təşkil edildi. Avropanın 50 olimpiya komitəsinin 6000-dən artıq atleti 253 dəst medal uğrunda mübarizə apardı. İlk dəfə keçirilməsinə baxmayaraq, Oyunlara maraq böyük idi. Rusiya, Türkiyə, Fransa, Böyük Britaniya, İtaliya, Polşa, İspaniya, Ukrayna və digər ölkələr ən geniş nümayəndə heyətləri ilə təmsil olunmaqla yanaşı, ən güclü atletlərini Bakıya göndərdilər. Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya imkanları da Avropa Oyunlarının əhəmiyyətini bir qədər artırırdı. İyunun 12-də Bakı Olimpiya Stadionunda keçirilən möhtəşəm açılış mərasimi bütün dünyanı heyrətləndirməklə yanaşı, Oyunların yüksək səviyyədə keçiriləcəyindən xəbər verirdi. 17 günlük idman festivalı nəinki Azərbaycan və Avropada, eləcə də bütün dünyada böyük əks-səda doğurdu. Bu həyəcanın ünvanı isə Odlar Yurdu Azərbaycan idi. 150-dən artıq televiziya kanalının canlı yayımladığı Oyunları planetin 1 milyarddan artıq tamaşaçısı izlədi.

Avropanın Bakının hazırlığına verdiyi qiyməti "amazing" (heyrətamiz) və "fantastic" oldu.

Oyunların mirası

Oyunların mirası unudulmaz olacaq. Həm ölkəmiz, həm də Avropa üçün. Olimpiya standartlarına uyğun şəkildə təşkil edilən Avropa Oyunları innovativ yarış oldu. Burada bir çox yeniliklər tətbiq edildi və sınaqdan uğurla çıxdı. "Bakı -2015" brendi gələcək olimpiya oyunları üçün bir nümunəyə çevrildi. Bunu əsaslandırmaq üçün bir faktı demək kifayətdir. Dünya idman tarixində ilk dəfə olaraq gimnastikanın 6 növü üzrə yarışlar eyni məkanda və eyni vaxtda keçirildi. Milli Gimnastika Arenasının ev sahiblik etdiyi mübarizə artıq növbəti olimpiya oyunları çərçivəsində keçiriləcək gimnastika yarışları üçün uğurlu bir nümunə oldu və beynəlxalq federasiya bu təcrübəni yaxın gələcəkdə tətbiq etmək qərarına gəlib. Müxtəlif idman növləri üzrə təsis edilən və olimpiya standartlarına cavab verən qurğular növbəti mötəbər beynəlxalq yarışlar üçün hazır bazadır. Avropa Oyunlarının ən böyük töhfəsi yeni tamaşaçı mədəniyyəti və ənənəsinin əsasının qoyulması oldu. Oyunlarda arenalarda tamaşaçı iştirakı rekord göstəricilərə çatdı. Bu multi-idman festivalı Azərbaycanda idmanın kütləviliyinə böyük təkan verəcək. Gərgin rəqabət və baxımlı yarışlar, atletlərimizin uğurlu çıxışı, avropanın ulduz idmançılarının paytaxtımızda mübarizə aparması və s. - bütün bu amillər uşaq və yeniyetmələr arasında idmana olan marağı daha artıracaq.

Avropa Oyunları kimi mötəbər yarışa ev sahiblik insan kapitalı mirasını da qoydu. Oyunların Əməliyyat Komitəsində çalışan işçi heyətinin əksəriyyəti azərbaycanlılar idi, onların əcnəbilərlə əməkdaşlıqdan əldə etdiyi əvəzolunmaz təcrübə, bilik və bacarıqlarının təkmilləşdirilməsi gələcəkdə ölkəmizdə keçiriləcək bu qəbildən olan idman tədbirlərinin təşkilinə böyük töhfə olacaq. 20 minə yaxın könüllünün Oyunlara cəlb olunması da Azərbaycanda yeni ənənənin əsasını qoydu. Odlar Yurdunun könüllülərinin "alov qoruyanlar" adlanması isə təsadüfi deyildi.

Avropa isə dünyaya öz multi-idman Oyunlarını Azərbaycanın timsalında möhtəşəmliyi ilə təqdim etdi.

Oyunlar Azərbaycanın idman ölkəsi olduğunu sübut etdi

290 atletlə təmsil olunan Azərbaycan yarışların yekununda 21 qızıl, 15 gümüş və 20 bürünc olmaqla, ümumilikdə 56 medal qazandı. Bu möhtəşəm göstərici qeyri-rəsmi komanda sıralamasında Azərbaycanı Rusiyadan sonra ikinci pillədə qərarlaşdırdı. Oyunlar Azərbaycanı idman ölkəsi kimi Avropaya və dünyaya bir daha tanıtdı. Qürurverici məqamlar çoxdur. Ölkəmiz dünyaya əfsanəvi idmançı da bəxş etdi. Dünya Karate Federasiyasının prezidenti Antonio Espinozun komandamızın üzvü, 4 qat dünya və 9 qat Avropa çempionu, döyüş növləri üzrə dünya oyunlarının çempionu və digər beynəlxalq turnirlərin qalibi Rafael Ağayevi Avropa Oyunlarında qazandığı zəfərdən sonra "karate dünyasının əfsanəsi" adlandırması fəxr ediləsi və unudulmaz anlardan oldu. Paytaxtımıza təşrif buyuran müxtəlif idman növləri üzrə dünya və olimpiya çempionları, mükafatçıları ilk Avropa Oyunlarında ab-havanın möhtəşəm olduğunu bildirdilər. Bakıda ulduz atletlərin qazanılan qələbədən sonra yaşadıqları sevinc anları isə olimpiya həyəcanını xatırladırdı. Onların da dediyi kimi, bu Avropa idmanının yeni tarixi idi.

Avropa Oyunları ərzində Azərbaycan cəmiyyəti öz daxili birliyini nümayiş etdirdi. Müəyyən xarici dairələrin təpkisi sərtləşdikcə, insanlar öz liderinin - İlham Əliyevin ətrafında daha sıx birləşdilər. Əslində, Avropa Oyunlarının keçirildiyi günlər həm də xalq-hakimiyyət vəhdətinin təcəssümünə çevrildi. Bu səbəbdən Avropa Oyunlarına kölgə salmağa cəhd edən dairələrin istəyi puç oldu və idman dəyərlərinin möhtəşəm zəfəri yaşandı.

Bakı-2015 Avropa idmanında yeni səhifə açdı.

Dövlət Xidməti sahibkarlara tenderlərlə bağlı müraciət edib
Dövlət Xidməti sahibkarlara tenderlərlə bağlı müraciət edib
AZAL elektrik mallarının satınalınması üçün açıq tender elan edir
AZAL elektrik mallarının satınalınması üçün açıq tender elan edir
AZAL yol boyasının satınalınması üçün tender elan edir
AZAL yol boyasının satınalınması üçün tender elan edir
Loading Bars
Xəbər lenti
Avropa Şurasının prezidenti Gürcüstana səfər edəcək
Sərbəst güləşçimiz Avropa çempionatının finalına yüksəlib
"CureVac" şirkəti İsveçrədə COVID-19- qarşı peyvəndinin sertifikatlaşdırılması üçün müraciət edib
Türkiyənin yeni səfiri Bakıdan görüntülər paylaşıb (FOTO)
Bakıda yol qəzası baş verib, tıxac yaranıb
ÜST koronavirus səbəbindən fövqəladə vəziyyəti üç ay uzadıb
Azərbaycan iqtisadiyyatına son 3 ayda yatırılan investisiyanın həcmi açıqlanıb
Azərbaycanda 3 ayda ÜDM-nin həcmi 18 milyard manatı ötüb
“Azercell Telekom” MMC-yə yeni prezident təyin olunub
COVID-19-la bağlı dünyada fövqəladə vəziyyət rejimini daha üç ay uzadılıb
Azərbaycanda bu il qaz hasilatının əsas artımı "Şahdəniz" yatağının payına düşəcək
C.Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyi münasibətilə silsilə tədbirlərə start verilib
“Can Azərbaycan” Respublika yaradıcılıq müsabiqəsinin yekun virtual sərgisi keçiriləcək
Azərbaycanın xarici ticarət dövriyyəsi 6,5 milyard dolları ötüb
Bu il 395 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib
Tələbələr hansı hallarda ali məktəbdən xaric ediləcək? - Yeni qanun layihəsi
Təhsil kreditləri BU QAYDADA veriləcək
Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan layihə üzrə işlər barədə məlumat açıqlanıb
Azərbaycan Prezidentinin ADA Universitetində keçirilmiş beynəlxalq konfransdakı çıxışı dünya mediasının gündəmində
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
"MOL Group" AÇG yataqlar blokuna 120 milyon dollara yaxın əsaslı investisiya yatırıb
Şəmkirdə ev yanıb
Bir neçə kafe və restoranda kobud pozuntular aşkarlanıb - SİYAHI
Gədəbəydə çörək sexində nöqsanlar aşkarlandı (FOTO)
Azərbaycan neft məhsullarının ixracını artırıb
“Din və ideoloji təhlükəsizlik” kitabının onlayn təqdimatı keçirilib (FOTO)
"Əsas Məsələ”də Vətən müharibəsindən sonra Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlar müzakirə olunub (VİDEO)
İsrailli jurnalistlərin Ağdama səfəri başa çatıb (FOTO) (ƏLAVƏ OLUNUB)
Bakı sakini qohumunun evindən 70 min manat oğurladı (FOTO/VİDEO)
Ağdam rayonunun İsmayılbəyli kəndi (FOTO/VİDEO)
Makronun səfər etdiyi şəhərdə atışma olub - Yaralanan var
Ermənistan kommunikasiya xətlərinin açılmasını ləngidir - Deputat
Ağdamda məscidlərin dağıdılmasını görmək üzücüdür - İsrailli jurnalist (VİDEO)
Mayın 9-dan 16-dək ictimai nəqliyyat işləməyəcək
Ramazan bayramı ilə əlaqədar iş günlərinə və karantin rejiminə dəyişiklik edildi
Erməni vəhşiliklərinin tayı-bərabəri yoxdur - Arye Qut (VİDEO)
Qaradağ və Nəsimidə qaz xətləri yenilənir (FOTO)
Ermənistan radioaktiv maddələrdən təhdid kimi istifadə edir - Arzu Nağıyev
Azərbaycan və Belarus 9 milyon dollarlıq müqavilə imzalayıb
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
Şirvanda əməliyyat keçirilib: 4 nəfər saxlanılıb (FOTO/VİDEO)
Azərbaycanda 995 nəfər COVID-19-a yoluxub, 29 nəfər vəfat edib
“AccessBank”dan yeni əmanətçilərə bonus hədiyyə!
“Enerji təminatı məsələləri” üzrə İşçi Qrupunun növbəti iclası keçirilib
İsrailli jurnalistlər Ağdamda ermənilərin dağıtdığı iki məscidi ziyarət ediblər - Trend TV-nin REPORTAJI
"YAŞAT" Fondu daha bir şəhid anası və qazinin əməliyyat xərclərini ödədi (FOTO)
Bakıda evdən külli miqdarda pul oğurlayan narkotik alverçiləri saxlanıldı (FOTO/VİDEO)
Vaksin bizi koronavirusu ağır keçirməkdən və ölüm hallarından qoruyur – Rəşad Mahmudov
Saatlıda reyd: 18 sürücü məsuliyyətə cəb edilib (FOTO)
Prezident İlham Əliyev azad edilən ərazilərin elektrik təchizatı ilə maraqlanıb
İsmayıllıda yol polisi reyd keçirib (FOTO)
NASA Marsda pilotsuz helikopterin uçuşunu həyata keçirdi (FOTO)
Nizami adına mədəniyyət və istirahət parkında abadlıq işləri həyata keçiriləcək - SƏRƏNCAM
Türk Şurasının yüksək vəzifəli nümayəndələri “ASAN xidmət”də olublar (FOTO)
Ermənistanın İsraildəki səfirinə qarşı ittiham irəli sürülüb
Bu il prokurorluqda 577 cinayət işi icrata götürülüb
Tovuzda birmərtəbəli tikili yanıb
Xəzərdə reyd - 4 gəmi istifadəçisi məsuliyyətə cəlb olundu (VİDEO)
Heydər Əliyev Mükafatı Komissiyasının tərkibində dəyişiklik edilib - Sərəncam
İranda sutka ərzində 24 min nəfər koronavirusa yoluxub, 398 nəfər ölüb
Fransa şirkəti SOCAR-ın neft-kimya kompleksinin təmirini başa çatdırıb
İran parlamenti işini 2 həftəlik dayandırır
Prezident İlham Əliyev azad edilmiş ərazilərin su ehtiyatlarından səmərəli istifadə ilə bağlı sərəncam imzalayıb
Samuxda yanğın olub, 2 nəfər xəsarət alıb
Avtobus sürücülərinə peyvənd vurulur (FOTO)
Azərbaycanda büdcə kəsiri azalacaq - BVF
Azərbaycanın bir neçə ölkədə yeni səfirləri təyin edilib - SƏRƏNCAM (YENİLƏNİB)
Anar Məhərrəmov səfir vəzifəsindən geri çağırıldı
Ramiz Həsənov Azərbaycanın İspaniyada yeni səfiri təyin edilib (YENİLƏNİB)
Azərbaycanda insan alveri ilə məşğul olan 3 cinayətkar qrup zərərsizləşdirilib
“Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası hazırlanacaq - İşçi qrup yaradıldı (SƏRƏNCAM)
Sabah 30 dərəcəyədək isti olacaq
Azərbaycanla Pakistan arasında daha bir saziş təsdiqlənib
Rusiyada koronavirusun iki yeni forması tapılıb
Azərbaycan-İran sərhədində atışma: 1 nəfər yaralanıb - DSX (FOTO)
"Karvan-L" şirkətlər qrupu orqanik pomidorun istehsalına davam edir (FOTO)
Füzulidə xeyli silah-sursat aşkarlanıb (VİDEO)
Ceyhun Bayramov Misirə başsağlığı verib
Qaxda qanunsuz ovla məşğul olanlar saxlanılıb
Yaponiyanın NEXI şirkəti ilə İqtisadiyyat Nazirliyi Anlaşma Memorandumu imzalayıb
Mədəniyyət Nazirliyində yeni komissiya yaradıldı
Cəbrayıl rayonunun Mehdili kəndi (VİDEO)
"MOL Group" "Azəri-Çıraq-Günəşli" üzrə hasilat həcmlərini açıqlayıb
İran Azərbaycanla preferensial ticarət müzakirələrini davam etdirir
Ermənistanda hərbi xidmət üçün yaş həddi artırılıb
Xaçmazda mağazadan oğurluğa cəhd edən dəstə yaxalandı
Neftçalada su qıtlığını aradan qaldırmaq üçün yeni layihə icra olunacaq
Daha bir vəzifəli şəxs rüşvət alarkən yaxalandı
QHT-lərə Dövlət Dəstəyi Agentliyi publik hüquqi şəxs yaradılıb - Fərman
Şanlı qəhrəmanlıq salnaməsi
Şamaxıda ilk dəfə çörəkotu əkininə başlanıb (FOTO)
Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupun növbəti iclası keçirilib
Saatlıda yas mərasimi dayandırılıb
İrəvanın yeganə nicat yolu Bakı və Ankaradan keçir - Deputat
Azərbaycan Dillər Universitetində Çin dili günü qeyd olunub
Bakı Limanının yük dövriyyəsi artıb
Qusarda əkin sahələrinin suvarılması üçün işlər görülür
Qarabağda Belarus aqroşəhərciklərinin tikintisi nəzərdə tutulur
Ötən gün 23 yanğın olub, 1 nəfərin meyiti çıxarılıb - Əməliyyat görüntüləri (VİDEO)
Düşmən elə tələlər qurub ki, bəzən minatəmizləyənlər də ağır yaralanır – Trend TV-nin REPORTAJI
Bütün xəbərlər