...

Azəri Günel serial çəkmək üçün türk rejissorla Bakıya gəlir (FOTO)

Mədəniyyət Materials 8 Yanvar 2011 14:56 (UTC +04:00)
Tanınmış Azərbaycan müğənnisi Azəri Günel (Zeynalova) serial çəkmək üçün türk çəkiliş qrupu ilə Bakıya gələcək.
Azəri Günel serial çəkmək üçün türk rejissorla Bakıya gəlir (FOTO)

Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir Ş.Cavadsoy/

Tanınmış Azərbaycan müğənnisi Azəri Günel (Zeynalova) serial çəkmək üçün türk çəkiliş qrupu ilə Bakıya gələcək.

"Serialın rejissoru çoxdan əməkdaşlıq etdiyim və onun işindən hər zaman razı qaldığım Altan Dönməzdir", - Trend-ə Günel bildirib.

Hazırda ssenarinin başa çatması və çəkilişlərə hazırlıq üzrə işlər gedir. Çox güman ki, çəkiliş qrupu türk və azərbaycanlı kino xadimlərindən ibarət olacaq. Bakıya gəlişin əsas məqsədlərindən biri də yerli telekanallardan biri ilə çəkiliş vaxtı barədə əməkdaşlıq haqqında müqavilə bağlamaqdır. Serial elə Azərbaycanda yayımlanacaq.

"Mən həyatımda ilk dəfədir ki, bu cür layihədə iştirak edirəm, lakin orada oynayacağım və yaxud prodüserlik edəcəyim barədə hələ danışmaq istəmirəm", - Günel deyib.

Dönməz - Günelin "Yeni səhifə", "Sevgi istəyirəm", "Adı yox", "Seni beni alsın" kimi kliplərinin müəllifidir.

Xəbər lenti

Xəbər lenti