...

Müğənni Nadir Qafarzadə itkin düşüb

Mədəniyyət Materials 10 Yanvar 2011 17:08 (UTC +04:00)
Yeni ili Bakıda təşkil olunan şou-proqramlarda keçirib, səhərədək şəxsi büdcəsini yetərincə artıran Azərbaycanın populyar estrada müğənnisi Nadir Qafarzadəni 2011-ci ilin ilk günündən etibarən "gördüm" deyən tapılmayıb.
Müğənni Nadir Qafarzadə itkin düşüb

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir Ş.Cavadsoy/

Yeni ili Bakıda təşkil olunan şou-proqramlarda keçirib, səhərədək şəxsi büdcəsini yetərincə artıran Azərbaycanın populyar estrada müğənnisi Nadir Qafarzadəni 2011-ci ilin ilk günündən etibarən "gördüm" deyən tapılmayıb. Çoxları müğənninin depressiyaya məruz qaldığını söyləsə də, Nadir haqqında çox maraqlı xəbər əldə etməyə müvəffəq olduq. Müğənninin yaxın ətrafından aldığımız məlumata görə, həyat yoldaşı və iki oğlu ilə birgə artıq 10 gündür ki, Ukraynanın paytaxtı Kiyevdədir. İndi Qafarzadə ailəsi 3 gündən sonra Köhnə Yeni ili Kiyevdə təmtəraqla qeyd etməyə hazırlaşır.

Əldə etdiyimiz digər informasiyaya görə, gözlərdən itkin düşən müğənni Vətənə qayıtmağa tələsmir. Nadir düz iki həftədən sonra, yəni yanvarın 24-də Bakıya qayıtmağı planlaşdırır.

Xəbər lenti

Xəbər lenti