...

Müğənni Ramaldan Tarkan olmaq iddiası (FOTO)

Mədəniyyət Materials 11 Yanvar 2011 15:58 (UTC +04:00)
Müğənni Ramaldan Tarkan olmaq iddiası
Müğənni Ramaldan Tarkan olmaq iddiası (FOTO)

Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir Ş.Cavadsoy/

Azərbaycanın xalq artisti, tanınmış xanəndə Mələkxanım Əyyubovanın istedadlı qardaşı oğlu kimi yerli şou-biznesdə uğurla addımlayan populyar estrada müğənnisi Ramal İsrafilov həmkarlarından seçilmək üçün çox fərqli yaradıcılıq üslubu seçib. Həmçinin bəstəkarlıq fəaliyyəti ilə məşğul olan Ramal bir neçə dəfə verdiyi açıqlamalarında bildirmişdi ki, yazdığı mahnılardan bir neçəsi türk dünyasının meqa-starı Tarkan Tevetoğlunun ifasında eşidiləcək.

Ramal Trend-ə açıqlamasında verdiyi vədi boşuna demədiyini, yaxın vaxtlarda bu əməkdaşlığın baş tutacağını əminliklə təkrarladı. Amma təşkil olunan məclislərin birində tamam başqa mənzərinin şahidi olduq. Səhnədə çıxışı zamanı öz mahnılarından çox Tarkanın sonuncu "Adımı kalbine yaz" albomuna daxil olmuş mahnıları, "İşim olmaz", "Öp" və başqalarını onun ifasında eşitdik. İfası və rəqsləri bir anlıq meqa-starı xatırladan Ramalın Tarkan olmaq iddiasında olduğunu açıqca sezmək olardı. Müğənni özü də bu oxşatmağımıza qarşı çıxmadı. "Təki, məni elə Tarkanla müqayisə edəsiniz. Yaradıcılığını çox sevirəm. Və oxuduğu mahnılarını böyük həvəslə repertuarıma daxil etmişəm. Kaş ki, sənətdə də ulduzum onun kimi parlasın", - İsrafilov deyib.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti