...

Azərbaycan bəstəkarının baleti Ankarada böyük anşlaqla qarşılanıb (FOTO)

Mədəniyyət Materials 14 Yanvar 2011 14:52 (UTC +04:00)
Azərbaycanın Rusiyadakı səfiri, xalq artisti, bəstəkar Polad Bülbüloğlunun "Məhəbbət və ölüm" və ya "Ölümlə rəqs edən məhəbbət" baleti Ankara Opera və Balet Teatrında böyük anşlaqla qarşılanıb.
Azərbaycan bəstəkarının baleti Ankarada böyük anşlaqla qarşılanıb (FOTO)

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Rusiyadakı səfiri, xalq artisti, bəstəkar Polad Bülbüloğlunun "Məhəbbət və ölüm" və ya "Ölümlə rəqs edən məhəbbət" baleti Ankara Opera və Balet Teatrında böyük anşlaqla qarşılanıb.

"Məhəbbət və ölüm" baleti Türkiyədə ilk dəfə səhnələşdirilib.

İki pərdədən ibarət olan baletin süjet xətti türkdilli dövlətlərin mədəniyyət mirasının ən önəmli əsərlərindən birini "Dədə Qorqud" dastanından götürülüb. 

Əsər Rusiyanın məşhur Yekaterinburq Opera və Balet Teatrı tərəfindən səhnələşdirilib. Səhnə dekorasiyası, kostyumlar, işık, klassik simfoniya, folklor və xalq rəqslərinin ecazkar sintezi baletə tamaşa edənləri valeh edib.

"Məhəbbət ve ölüm" ilk dəfə 2005-ci ildə Azərbaycan Akademik Opera və Balet Teatrında səhnəyə qoyulub.

Balet TÜRKSOY və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə səhnələşdirilib. 

Xəbər lenti

Xəbər lenti