...

Səhnəmizin "qayınanası" Nəsibə Zeynalovasız yeddi il (FOTO)

Mədəniyyət Materials 10 Mart 2011 11:06 (UTC +04:00)
Bu gün səhnəmizin "qayınanası", xalq artisti Nəsibə Zeynalovanın vəfatının ildönümüdür.
Səhnəmizin "qayınanası" Nəsibə Zeynalovasız yeddi il (FOTO)

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir Ş.Cavadsoy/

Bu gün səhnəmizin "qayınanası", xalq artisti Nəsibə Zeynalovanın vəfatının ildönümüdür.

Trend-in məlumatına görə, Nəsibə xanım 20 aprel 1916-cı ildə Bakıda Kərbəlayi Cahangir adlı tacirin ailəsində dünyaya gəlib. O, yaradıcılıq fəaliyyətinə Dövlət Filarmoniyasında rəqqasə kimi başlasa da, incəsənət sahəsindəki bu cəhdi uğursuz olub. Nəsibə Zeynalova geri çəkilməyərək, Musiqili Komediya Teatrına üz tutub və burada bir-birindən gözəl rollar yaradıb.

Musiqili teatrımızın inkişafında böyük xidmətlərinə görə Nəsibə xanım 24 may 1960-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1967-ci ildə xalq artisti fəxri adına layiq görülüb. "Hicran" musiqili komediyasındakı Qızbacı roluna görə Azərbaycan Dövlət Mükafatı Laureatıdır.

1974-cü ildə Rauf Kazımovsi onun yaradıcılığı barədə "Aktrisanın təbəssümü" televiziya filmi çəkib.

Nəsibə xanım artıq həyatda olmasa da, Azərbaycan xalqının qəlbindən onun adı heç vaxt silinməyəcək.

Azərbaycan kino sənətinə "Qayınana", "Ulduz", "Bağlı qapı", "Yuxu" kimi əvəzolunmaz incilər bəxş edib.

O, 2004-cü ildə vəfat edib.

Xəbər lenti

Xəbər lenti