...

Rəqqasə Fatimə ikinci dəfə ana olacağından danışdı (FOTO)

Mədəniyyət Materials 19 Mart 2011 17:31 (UTC +04:00)
Rəqqasə Fatimə ikinci dəfə ana olacağından danışdı
Rəqqasə Fatimə ikinci dəfə ana olacağından danışdı (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir Ş.Cavadsoy/

Azərbaycan, hind, eləcə də digər xalqların rəqslərinin mahir ifaçısı Fatimə Fətəliyevanın ikinci dəfə ana olmağa hazırlaşdığı barədə xəbərlər səngimək bilmir. İddialara görə, rəqqasə hamiləliyinin ilk ayını tamamlayıb və səhhətində heç bir problem olmadığı üçün şəxsi həkimi ona səhnəyə çıxmaqdan ötrü heç bir qadağa qoymayıb. Ötən gün "Azəri Star 2011" müsabiqəsinin canlı yayımına qonaq kimi təşrif buyuran Fatimə, çıxışından sonra Trend-ə şəxsi həyatı haqqında danışmaqdan çəkinmədi.

"Bununla artıq ikinci dəfədir ki, mənim hamilə olmağımla bağlı xəbər yayılır. Bəli, hər bir qadın kimi, mən də arzusundayam ki, övladlarımın sayı çox olsun. Allah hamının balasını saxlasın, mənim də qızımı onlardan ayırmasın. İstəyirəm ki, daha bir övladım olsun və bu istəyimi gerçəkləşdirəcəyəm. Amma hələ ki, buna hazır deyiləm. Qoy məni ana görmək istəyənlər bu cür xoş yalanları yaymaqda maraqlı olmasınlar. Yaxşı olar ki, yaradıcılığıma nəzər salsınlar. Və görəcəklər ki, mən durmadan yenilik etməyə can atıram", - Fatimə dedi.

Rəqqasə sonda foto-kameramızın qarşına keçib, fotosessiya etdirməkdə özü maraqlı oldu ki, yayınladığımız xəbəri oxuyanlar hamilə xəbərinin şayiə olduğunu öz gözləri ilə görsünlər.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti