...

İordaniyanın mədəniyyət naziri Azərbaycana səfər edəcək

Mədəniyyət Materials 28 Mart 2011 14:54 (UTC +04:00)
İordaniyanın mədəniyyət naziri Tariq Səlim Masarva aprelin 7-9-da Azərbaycan paytaxtında keçiriləcək "Ümumdünya mədəniyyətlərarası dialoq" forumunda iştirak edəcək.
İordaniyanın mədəniyyət naziri Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir S.Ağayeva/

İordaniyanın mədəniyyət naziri Tariq Səlim Masarva aprelin 7-9-da Azərbaycan paytaxtında keçiriləcək "Ümumdünya mədəniyyətlərarası dialoq" forumunda iştirak edəcək. Bu barədə Trend-ə Azərbaycanın İordaniyadakı səfiri Elman Araslı deyib.

Forumda iştirakla yanaşı, iordaniyalı nazirin azərbaycanlı həmkarı Əbülfəz Qarayevlə görüşü də planlaşdırılır.

Bir müddət əvvəl Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, aprelin 7-9-da Bakıda keçiriləcək Sivilizasiyaların mədəniyyətlərarası dialoqu üzrə Forumda 20-dən artıq ölkə iştirak edəcək.

Tədbirdə Avropa, Asiya və Amerikanın 20-dən artıq ölkəsinin mədəniyyət nazirləri iştirak edəcək. Bundan əlavə, iclasda YUNESKO, İSESKO və Avropa Şurası baş katiblərinin iştirakı da gözlənilir.

Forum qonaqlarını xüsusi mədəni proqram gözləyir ki, onlar həmin proqram çərçivəsində Azərbaycan incəsənəti və tarixi ilə tanış olacaqlar.

Forum çərçivəsində Azərbaycan və Avstriyanın Mədəniyyət nazirliklərinin dəstəyi ilə "Yəhudilər, xristianlar və müsəlmanlar: nisbətən daha qədim yazılar, mədəniyyətlərarası dialoq" sərgisi açılacaq.

Xəbər lenti

Xəbər lenti