...

Mən ki səhnədə brek-dans oynayıram, salto vururam - İsveç sosialisti Bəhram Bağırzadə (VİDEO-FOTO)

Mədəniyyət Materials 1 Aprel 2011 16:56 (UTC +04:00)
Son vaxtlar əfsanəvi "Parni iz Baku"nun aktyoru Bəhram Bağırzadə bəzən deməyi xoşlayır ki, onun vaxtı keçib. Bu ya təvazökarlıqdır, ya da KVN-in qızıl dövrlərini xatırladır. Ancaq Bəhramla Bakının hətta adam az olan küçəsinə çıxmağı sınayın… Hər iki nəfərdən biri salamlaşır, bunu etməyənlər isə baxışaraq bir-birilərinə işarə edirlər ki, bax, gör kim gəlir...
Mən ki səhnədə brek-dans oynayıram, salto vururam - İsveç sosialisti Bəhram Bağırzadə (VİDEO-FOTO)

Azə rbaycan, Bakı, 1 aprel/ Trend, müxbir E.Hüseynzadə/

Son vaxtlar əfsanəvi "Parni iz Baku"nun aktyoru Bəhram Bağırzadə bəzən deməyi xoşlayır ki, onun vaxtı keçib. Bu ya təvazökarlıqdır, ya da KVN-in qızıl dövrlərini xatırladır. Ancaq Bəhramla Bakının hətta adam az olan küçəsinə çıxmağı sınayın... Hər iki nəfərdən biri salamlaşır, bunu etməyənlər isə baxışaraq bir-birilərinə işarə edirlər ki, bax, gör kim gəlir...

Bu hələ harasıdır, ötən il Bakıya iş üçün gəlmiş tanış sankt-peterburqlu yaxınlıqdan ötən Bəhramı göstərərək, mənə şən təbəssümlə dedi ki, bax, bu ki sizin məşhur KVN-çidir. Adını xatırlamadı, bunu bağışlamaq olar, üzdən ki tanıdı...

İndi Bəhram aprelin 14, 15 və 16-da Heydər Əliyev sarayında keçiriləcək "Planeta "Parni iz Baku" KVN teatrının yubiley konsertlərinə hazırlaşır və bu konsertlər ərəfəsində Trend -in qonağı olub.

Müsahibənin tam versiyasına baxmaq üçün: http://www.youtube.com/watch?v=3I1XDHEn85A

- Bu il "Planeta "Parni iz Baku" teatrının on yaşı tamam olur ...

- Siz nə danışırsınız, mən heç bilmirdim... ( gülür )

- Mən də elə bu yaxınlarda bilmişəm ...

- Onda mən "Planeta "Parni iz Baku" teatrını, onun rəhbərliyini, "Parni iz Baku" KVN komandasını 20 illiyi münasibətilə və özümü 30 illik yaradıcılıq fəaliyyətimlə təbrik edirəm . Düz otuz il əvvəl - 1981 -ci ildə mən ilk dəfə Dövlət Televiziyasının ekranına düşdüm . Tezliklə bizdə konsertlər olacaq və teatrın rəhbərliyi adından hamını bu konsertlərə dəvət edirəm . Ümumiyyətlə, Tahir İmanova gənclərin gəldikləri belə teatr yaratdığı üçün "çox sağ ol" demək lazımdır . Bu, adamların əməkhaqqı aldıqları hansısa mini-fabrik deyil .

- Bütün yubileylərin bu və ya digər dərəcədə məhz sizə - "Parni iz Baku" KVN komandasının aparıcı aktyoruna aid olduğu çox simvolikdir .

- Mən özümü keçmiş KVN-çi hesab edirəm , hərçənd ki, keçmiş olmur . Siz düz dediniz ki, mən aparıcı aktyor olmuşam . Mən indi elə deyiləm, bəlkə də təəssüf, bəlkə də xoşbəxtlikdən. Tezliklə qırx illiyimdir, qırx yaşında isə KVN-də oynamırlar. Mən KVN-də yubandım. Mən teatrın sıravi aktyoruyam, çox sağ olsun Tahir İmanov ki, məni unutmur və hər il tamaşalara dəvət edir. Onlar mənə böyük rollar verirlər, lakin mən onlardan imtina edirəm...

- Yaş ötdükcə, reprizləri yadda saxlamaq çətindir...?

- Yox, Allaha şükür , yaddaşsızlıqdan əziyyət çəkmirəm və sözləri yadda saxlayıram . Mənim teatrla yanaşı çoxlu işlərim var . Mən nəşriyyat fəaliyyəti ilə məşğulam, şirkətlərdən birində PR- menecerəm . Ona görə də mən kiçik rollar xahiş edirəm . Tamaşaçıların gördükləri üç saatdır, lakin axı bütün bunların arxasında böyük məşqlər durur. Mən fiziki cəhətdən onların öhdəsindən gəlmirəm.

- Bəs ildə üç-dörd dəfə səhnəyə çıxmaq Bəhram Bağırzadə üçün az deyil?

- Mən belə deməzdim, çünki bu mənim təsəllimdir, biznes deyil. Allaha şükür, ulduz xəstəliyindən də əziyyət çəkmirəm ki, bütün səhnələrə çıxım. İyirmi dəqiqə görünürəm, altı min tamaşaçıdan enerji alıram, çoxmilyonlu "ordu" isə disklərə baxacaq. Aleksandr Vasilyeviç Maslyakovun məni Moskvada konsertlərə dəvət etməsi çox xoşdur. Bax, elə bu yaxınlarda mən "Qara qızıl" komandası ilə birgə orada oldum. Dəvətə görə onlara təşəkkür edirəm. Belə şanslara görə Aleksandr Vasilyeviçə də minnətdarlığımı bildirirəm və fürsətdən istifadə edərək onu qarşıdakı 70 illik yubileyi və KVN-in 50 illiyi münasibətilə təbrik edirəm.

- Siz peşəcə deyil, istedadca aktyorsunuz. Hətta sizinlə adi danışıqda hansısa aktyor oyunu hiss olunur. Hiss olunur ki, sizin üçün səhnəsiz asan deyil. Məgər aktyora ...

- Böyük və kiçik teatrların...

- ... böyük və kiçik teatrlarınaktyoruna bütün il ərzində altımış dəqiqə kifayət edir?

- Tahirin mənim münsiflər heyətində oturduğum "Yumor kuboku" verilişini fikirləşdiyini, kinoya çəkildiyimi nəzərə alsaq, bu normaldır. Son dəfə mən Ülviyyə Könüllə çəkilmişəm. Bu yaxınlarda Vaqif Mustafayev məni yeni filmə dəvət edib. Mən çəkilirəm, məni reklam çarxlarına da dəvət edirlər. Tamaşaçı bunun mənim üçün biznes deyil, təsəlli olduğunu başa düşməlidir. Yeri gəlmişkən, məni Bakı teatrlarından birinə tamaşa qoymağa da dəvət edirlər.

- Yəni siz həm tamaşa qoyacaq, həm də oynayacaqsız.

- Əgər tamaşa qoysam, oynamayacağam.

- Siz peşəcə rejissorsunuz və bilirəm ki, sizin nə vaxtsa hələ də reallaşdırmadığınız Hacı Zeynalabdin Tağıyev haqqında film çəkmək arzunuz olub. Hansısa başqa bir işi çəkmək arzunuz varmı?

- Ona doğru getmək lazımdır. Məndə çoxlu ideyalar var, sadəcə olaraq, onlara doğru getmək lazımdır və mən buna hazır deyiləm. Rejissorluq elə bir şeydir ki, məncə dövlət vəsaitləri hesabına düşünmədən nəsə çəkmək düzgün deyil.

- Teatr haqqında söhbətə qayıdaq. Kepkalı azərbaycanlı obrazı sizin özünüzü yormayıb ki? Bəli, vaxt gəlib, moskvalı azərbaycanlı kepkada Bakıya qayıdıb və Azərbaycan reallıqlarına alışıb. Bu obraz sizinlə birgə böyüyüb.

- Bu mənim KVN obrazımdır və onu yadda saxlayıblar...

- Bəlkə yeni Bəhramı göstərək?

- Yeni Bəhram Vaqif Mustafayevdədir. Orada mən başqa rollarda oynayıram. Mən onun altı filmində çəkilmişəm. Ülviyyə Könülün başqa obrazı olub. KVN-in belə dramaturgiyası yoxdur. Uşaqlar mənə uyğun reprizlər, başa düşdükləri obrazlar yazırlar. Lakin bu o demək deyil ki, mən başqa rol oynaya bilmərəm. Bacarıram, sadəcə olaraq bu obraz hələ ki yaşayır və onu oynamaq lazımdır.

- Bəs fikirləşmirsiniz ki, birdən bu obrazın vaxtı keçər?

- Bu baş verəndə mən sadəcə olaraq KVN-də oynamayacağam.

- Səhnədə aktyor yaşayır, yoxsa oynayır?

- Bu aktyordan asılıdır.

- Bəs Aktyor Bəhram Bağırzadə necə?

- Əvvəllər biz Moskvada oynayan zaman yaşayırdım. Mən KVN ilə yaşayırdım, yaşayırdım, başa düşürsünüz? Sonra isə peşəyə çevrildi və mən buna iş kimi yanaşmağa başladım. Və indi KVN - işdir, halbuki mən mənə verilən 20 dəqiqəni yaşamağa çalışıram və həzz alıram. Və əgər mən o həzzi alıramsa, bunu tamaşaçı da hiss etməlidir. Mən həmişə tamaşaçını düşünürəm. Ona kələk gəlməz olmaz. Mən həmişə fikirləşirəm ki, pulunu yığan və ucuz bilet alan sıravi azərbaycanlı istirahət etməyə gəlib. Mən ona necə kələk gələ bilərəm?

- İstənilən aktyor artması üçün öz üzərində işləməlidir. Bu, istənilən digər peşə nümayəndəsinə də aiddir. Siz səhnəyə ildə üç dəfə çıxırsınız. Bəs qalan vaxtlarda öz üzərinizdə işləyirsiniz?

- Aktyor kimi, xeyr.

- Hiss etmirsiniz ki, bəzən formanı itirirsiniz?

- Əzələlər xatırladır. Güləşçilər fasilədən sonra məşq etməyə başlayanda əzələ kodları işə düşür... Buna peşəkarlıq deyirlər. Düzdür, formaya girmək çətindir, halbuki eyni zamanda asandır.

- "Planeta "Parni iz Baku" KVN teatrının konsertləri "Parni iz Baku" KVN komandasının göstərdiyindən nə ilə fərqlənir?

- Mənin üçün onlar çəkilərinə görə fərqlənirlər. Mən o vaxt 78 kiloqram idim, indi isə 120 kiloqramam.

- Bəs tamaşaçılar üçün?

- Onlar üçün bu, yeganə təsəllidir. Onlar bundan başqa daha hara gedə bilərlər?

- Axı gedirlər...

- Hara? Kirkorov və Alleqrovanın konsertlərinə?

- Xeyr, sizin opponentlərinizin yumoristik konsertlərinə.

- Rafael və Coşqunu mən çox istedadlı insanlar hesab edirəm və sağ olsunlar ki, onlar var. Mən bir azərbaycanlı, müsəlman, incəsənət adamı və insan kimi buna sevinirəm. Mən onlarla demək olar ki, bir qrupda oxumuşam, iki dəfə sevinirəm. Həm də "Planeta "Parni iz Baku" teatrının rəhbərliyi də buna şaddır. Çünki onlar rəqabət yaradırlar. Bunsuz bir addım belə irəli getmək olmazdı.

- Siz kiloqramı xatırlatdınız. Deyəsən, ötən illə müqayisədə çəkinizi yenidən artırmısınız. Siz gah çəkinizi azaldır, gah da çoxaldırsınız...

- Bəli, bu normaldır. Məsələ ondadır ki, mən "Mənin sevimli xörəklərim" kitabının buraxılışına başlamışam və tez-tez xörəklərin dadına baxmalı oluram, buna görə də çəkim altı kiloqram artıb. Lakin birinci konsertə kimi formada olacağam və çəkimi azaldacağam. Yeri gəlmişkən, çəkim səhnədə nəzərə çarpır? Mən ki səhnədə breyk-dans oynayıram, salto vururam. Bu, tamaşaçıya təsir göstərmir... Sual verin.

- Mənim bildiyimə görə, siz azı texnikaya qarşı münasibətdə qatı mühafizəkarsınız.

- Bəli, mən yeni ideyaların mühafizəkarıyam. Texnikaya gəldikdə, siz haqlısınız. Bax, bu mənim telefonumdur...

- Deyəsən, artıq səkkiz ildir işlədirsiniz...

- Artıq doqquzuncu il başlayıb. Onu mənə hədiyyə edəndə, evdə mübahisə etdim ki, on il ondan istifadə edəcəyəm və onu dəyişmək istəmirəm. Mən daxilən sosialistəm...

- İsveç sosialisti?

- Çox güman ki, İsveç sosialistiyəm və mənim üçün israfçılıq böyük günahlardan biri hesab edilir. Gedib başqa telefon almağı düzgün olmayan qərar hesab edirəm. İnsanlar fikirləşə bilərlər ki, belə telefonu almağa mənim imkanım yoxdur. Lakin imkanım var. Və Allaha şükür ki, mənim hər il sentyabrın 4-də ən bahalı telefon hədiyyə etmək istəyən dostlarım var, lakin mən xahiş edirəm ki, bunu etməsinlər. Telefonun funksiyası - Eldara zəng etmək: "Salam Eldar, işlər necədir? Hər şey normaldır? Sağ ol"... Eldardan SMS almaq və ya göndərmək, vəssalam...

Sonda TREND BİA-ya təşəkkür etmək istəyirəm ki, məni - qoca Bəhramı, 40 yaşlı KVN-çini studiyaya dəvət etmisiniz. Məni dəvət edən teatra, "Parni İz Baku" KVN komandasına təşəkkürümü bildirirəm. Mən orada vicdanla oynamışam və buna görə peşman deyiləm. Hər zaman bizim konsertlərimizə gələn tamaşaçılara təşəkkürümü bildirirəm. Və mən hamını - əlbəttə ki, Heydər Əliyev sarayının kassalarında bilet tapa bilsələr - konsertlərə dəvət edirəm.

Get the Flash Player to see this player.
Xəbər lenti

Xəbər lenti