...

Azərbaycanlı iştirakçılar Belarus festivalının qalibi olublar (FOTO)

Mədəniyyət Materials 30 Aprel 2011 13:29 (UTC +04:00)
Azərbaycanın o n yaşlı vokalçısı Yasin Həsənov və "Bakı ulduzları" ansamblı aprelin 26-29-da Mozırda (Belarus) keçirilən gənc istedadların "Yer ağ qanadlar altında" VII Beynəlxalq festivalının Qran-pri mükafatını alıblar.
Azərbaycanlı iştirakçılar Belarus festivalının qalibi olublar (FOTO)

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir A.Məmmədova/

Azərbaycanın o n yaşlı vokalçısı Yasin Həsənov və "Bakı ulduzları" ansamblı aprelin 26-29-da Mozırda (Belarus) keçirilən gənc istedadların "Yer ağ qanadlar altında" VII Beynəlxalq festivalının Qran-pri mükafatını alıblar.

Trend-in məlumatına görə, festivalda 16 ölkədən gənc istedadlar iştirak edib.

"Yer ağ qanadlar altında" festivalı 1998-ci ildən təşkil olunur. Festival Belarus milli mədəniyyətinin, uşaqların estetik tərbiyəsinin, onların xalq bədii yaradıcılığının çoxəsrlik ənənələri ilə geniş ünsiyyəti, beynəlxalq əlaqələrin möhkəmlənməsi və genişlənməsi, festivalın iştirakçısı olan ölkələrin milli mədəniyyətləri ilə tanışlıq , istedadlı ifaçıların dəstəklənməsi və inkişafı məqsədilə keçirilir.

Xatırladaq ki, Yasin Həsənov Sankt-Peterburqda keçirilən dünyanın 24 ölkəsindən 700 uşağın iştirak etdiyi Uşaq vokal müsabiqəsinin də Qran-pri mükafatını alıb.

Xəbər lenti

Xəbər lenti