Azərbaycan, Bakı, 6 may /Trend, müxbir Ş.Cavadsoy/
Azərbaycan əsilli biznesmen Rza Zərrabla bir ildən artıq evlilik həyatı yaşayan populyar türk estrada ulduzu Ebru Gündeşin 3 ay yarımdır ki hamilə olduğu məlum olub. TrendTürkiyənin www.acunn.com agentliyinə istinadən xəbər verir ki, tanınmış müğənni qız anasıolacaq. Sayt yazır ki,Gündeşin mütəmadi olaraq həkim müayinəsindən keçməsi və hamiləliyini normal davam etdirməsi heç də böyük sirr deyil. Mayın 5-də sağlam qız uşağı dünyaya gətirəcəyini öyrənən Ebru Gündeş həddindən artıq xoşbəxt günlər yaşamaqdadır.
Hər dəfə "Sağlam bir uşağımız olsun, başqa heç nə istəmirəm" deyən müğənninin həyat yoldaşının da qız atası olmaq istəyi ailəyə yaxın insanlar tərəfindən danışılmaqdadır.
Məlumat üçün bildirək ki, Rza Zərrabın adı türk və Azərbaycan mediasında həm də populyar estrada müğənnisi, hazırda İstanbulda yaşayan Azəri Günelin (Zeynalova) eks-nişanlısı kimi yazılır.