...

Tele-aparıcı Nanə Ağamalıyeva və səhnənin nəhəng aktyorları keçmişə səyahət ziyafəti təşkil etdilər (FOTO)

Mədəniyyət Materials 9 İyun 2011 20:16 (UTC +04:00)
Azərbaycanın üç xalq artisti, teatr səhnəsində öz sözünü demiş Akademik Milli Dram Teatrının aktyorları - Yaşar Nuri, Firəngiz Mütəllimova və Rafael Dadaşov bu gün televiziya tamaşaçılarını nostalji bir səyahətə aparacaqlar. ATV tele-kanalında yayımlanan və izlənmə reytinqinə görə bütün axşam verilişlərini üstələyən "Ulduz oldun"un qonağı olan sənətkarlar bu vaxta qədər açıqlamadıqları sirlərindən danışıb, bir neçə saat ərzində keçdikləri ulduzluq həyatının detallarını dilə gətirəcəklər.
Tele-aparıcı Nanə Ağamalıyeva və səhnənin nəhəng aktyorları keçmişə səyahət ziyafəti təşkil etdilər (FOTO)

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir Ş.Cavadsoy/

Azərbaycanın üç xalq artisti, teatr səhnəsində öz sözünü demiş Akademik Milli Dram Teatrının aktyorları - Yaşar Nuri, Firəngiz Mütəllimova və Rafael Dadaşov bu gün televiziya tamaşaçılarını nostalji bir səyahətə aparacaqlar. ATV tele-kanalında yayımlanan və izlənmə reytinqinə görə bütün axşam verilişlərini üstələyən "Ulduz oldun"un qonağı olan sənətkarlar bu vaxta qədər açıqlamadıqları sirlərindən danışıb, bir neçə saat ərzində keçdikləri ulduzluq həyatının detallarını dilə gətirəcəklər.

Rəqibsiz "show-woman", tele-aparıcı Nanə Ağamalıyevanın müəllifi və aparıcısı olduğu verilişə əsas qonaq kimi Yaşar müəllimi dəvət etməsinə baxmayaraq, illərin sınağından çıxan dostlar kimi Firəngiz xanımla Rafael müəllim də öncə tamaşaçı qismində, daha sonra isə səhnəyə çıxaraq qardaş bildikləri xalq artistini tək qoymadılar. "Ulduz oldun"da nələrin açıqlandığını yazsaq veriliş öz marağını itirər. Bircə Siz oxucularımızı əmin etmək istəyirik ki, yağışdan çıxan göbələyi xatırladan, məntiqsiz danışan Azərbaycan bəzi populyar estrada müğənnilərinin qonaq olduqları verilişlərdən yorulub usanmısınızsa, mütləq 9 iyun saat 23:00-da televizorlarınızı ATV-yə kökləyin. Çünki səhnənin nəhəng aktyorları tamaşaçılar üçün keçmişə səyahət ziyafəti təşkil edəcəklər. Zövq alacaqsınız.

Çəkilişin necə getməsinə gəldikdə isə onu demək kifayətdir ki, "Ulduz oldun"un tamaşaçı auditoriyası çoxşaxəlidir. Lentə alınan verilişin tamaşaçıları nəinki Bakıdan, hətta Azərbaycanın digər rayonlarından gəlirlər. Şəkidən gələn Vüsalə adlı tamaşaçısına xüsusi diqqət ayıran Nanə, pərəstişkarının istəyi ilə çəkiliş vaxtı onu təqdim etməsə də, sonda Şəkidən gələn hədiyyəni məmnunluqla qəbul etdi.

Nanə Ağamalıyevanın peşəkar aparıcı olmasının müzakirə etmək kimi niyyətimiz olmasa da, ulduzları səmimi etiraflar etməyə vadar edən gözəl xanımın başqa bir xüsusiyyətini aşkarladıq.

Foto-kameramızın obyektivi qarşısına keçən Nanə, modellərə xas olan sərbəstliklə diqqətimizi çəkdi və sonda bu cür fərqli fotolar ərsəyə gəldi. Odur ki, ixtisasca diş həkimi olan ulduz tele-aparıcını, yaxın gələcəkdə podiumda model kimi görsəniz, heç də təəccüblənməyin.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti