...

Prodüser Təranə Səmədova ciddi müəllimə görkəmində (FOTO)

Mədəniyyət Materials 14 İyul 2011 18:44 (UTC +04:00)
Gerçəkləşdirdiyi layihələri, yaşadığı qalmaqalları ilə heç də populyar estrada müğənnilərindən geri qalmayan prodüser Təranə Səmədova son günlər imicində köklü dəyişiklik edib.
Prodüser Təranə Səmədova ciddi müəllimə görkəmində (FOTO)

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir Ş.Cavadsoy/

Gerçəkləşdirdiyi layihələri, yaşadığı qalmaqalları ilə heç də populyar estrada müğənnilərindən geri qalmayan prodüser Təranə Səmədova son günlər imicində köklü dəyişiklik edib. Artıq çəkisini heç vaxt özünə dərd etməyən Təranə, nədənsə qara rəngli geyimlərə üstünlük verməyə başlayıb. Xarici görkəminə ciddilik gətirməkdən ötrü isə optik eynək taxmağı lazım bilib. Əgər tanışlığımız olmasaydı və hansısa tədbirdə Səmədova ilə rastlaşsaydıq, onun müəllimə olmasına heç də şübhə ilə yanaşmazdıq.

Trend-in bu müqayisəsindən xoşhal olan prodüser söhbətimiz zamanı bildirdi ki, bundan sonra peşəsini dəyişmək barədə düşünmək heç də işinə yaramaz. "Gördüyüm işlərlə özümü prodüser kimi tanıtmışam. Hazırda işimi dəyişib, siz deyən kimi, müəllimlik ixtisası üzrə təhsil almağım doğru olmaz. Məncə, hər kəs öhdəsindən gələ biləcəyi işin qulpundan yapışmalıdır. Necə ki, mən öz işimdən razıyam. Təəssüf ki, bizim sahədə də öz işini bilməyən təsadüfi insanlar çoxluq təşkil edir. Bu isə heç də arzuolunan hal deyil", - prodüser söylədi.

Uzun illərdən bəri müğənni Rəqsanə İsmayılova ilə birlikdə prodüser kimi çalışan Təranə onu da bildirdi ki, işgüzar görüşləri, dəvət aldığı mötəbər tədbirlərdə iştirakı zamanı ciddi geyimdə görünməyə çalışır.

Xəbər lenti

Xəbər lenti