...

Elşad Xose Oksana Rəsulovanı səhnə arxasında saxlayacaq

Mədəniyyət Materials 3 Avqust 2011 16:24 (UTC +04:00)
Reper Elşad Xose 19 avqust tarixində Bakıda - çimərlik zonasında yerləşən istirahət mərkəzlərinin birində verəcəyi növbəti solo-konserti barədə danışdı.
Elşad Xose Oksana Rəsulovanı səhnə arxasında saxlayacaq

Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir Ş.Cavadsoy/

Reper Elşad Xose 19 avqust tarixində Bakıda - çimərlik zonasında yerləşən istirahət mərkəzlərinin birində verəcəyi növbəti solo-konserti barədə danışdı. Reper Trend-ə açıqlamasında dedi ki, "İnsaf" adlı yeni albomunun təqdimatı fərqli şəkildə baş turacaq.

"Yeni treklərimin toplandığı albomların təqdimatını konsertlə etmək məndə bir növ adət halını alıb. Bu yay bir neçə konsertdə qonaq qismində səhnəyə çıxsam da, solo-proqramımı avqustun 19-da gerçəkləşdirəcəyəm. Estradamızın sevilən ulduzlarının konsertə fəxri qonaq kimi qatılması planlaşdırılıb. Adları tam dəqiqləşmədiyi üçün hansı ulduzlar olacağını söyləməyə tələsmirəm", -Elşad Xose dedi.

"Bəs yaxın dostun Oksana Rəsulova həmin konsertə necə dəstək verəcək?" sualımıza reperdən gözlənilməz cavab aldım.

"Oksana hər işimdə mənə dəstək olsa da, konsetdə pərdə arxasında qalaraq dinləyicilərdən biri olacaq. Bəlkə ifa etdiyi hind rəqslərindən birinə çəkilmiş klipin prezentasiyanı keçirdik. Amma bu da tam dəqiqləşməyib. Ümumilikdə isə istəmirəm şəxsi həyatımızı yaradıcılıq işlərimizə qataq. Yoxsa bəzi sözbazlar deyəcəklər ki, Elşadla Oksana piar üçün bir-birilərinin populyarlığından istifadə edir. Bilən bilir ki, hərəmiz özümüzə görə tanınırıq və bizə ucuz reklam lazım deyil", - Xose əlavə etdi.

Xəbər lenti

Xəbər lenti