...

Müğənni Günel Ələkbərova oğruları televiziyada axtaracaq

Mədəniyyət Materials 12 Avqust 2011 17:58 (UTC +04:00)
Bir neçə gün bundan əvvəl yaşadığı binanın qarşısında avtomobili qarət edilən populyar estrada müğənnisi Günel Ələkbərova hələ də oğruların kimliyini müəyyənləşdirə bilməyib. Hər yerdən ümidi üzülən Günel oğrulara səslənməkdən ötrü bu axşam Lider TV-də yayımlanacaq "Foto-şok" paparatsi verilişinin çəkilişinə qonaq qismində qatılıb
Müğənni Günel Ələkbərova oğruları televiziyada axtaracaq

Azərbaycan, Bakı, 12 avqust /Trend, müxbir Ş.Cavadsoy/

Bir neçə gün bundan əvvəl yaşadığı binanın qarşısında avtomobili qarət edilən populyar estrada müğənnisi Günel Ələkbərova hələ də oğruların kimliyini müəyyənləşdirə bilməyib. Hər yerdən ümidi üzülən Günel oğrulara səslənməkdən ötrü bu axşam Lider TV-də yayımlanacaq "Foto-şok" paparatsi verilişinin çəkilişinə qonaq qismində qatılıb.

Saat 23:45 yayımlanan proqramı izləyən tamaşaçılara məlumdur ki, rejissoru Anar Hüseynov, aparıcıları Murad və Novruz olan "Foto-şok" Trend Life-la Lider TV-nin birgə layihəsidir. Verilişin 12 avqust buraxılışında, həmçinin müğənni Emil Bədəlovun idman zalından çəkilmiş gizli görüntüləri və Ukraynadan gələn VİP qızlar qrupunun açıq-saçıq görüntüləri də yayımlanacaq.

Maraqlı kadrlarla bol olan "Foto-şok"a yarım saat ayırıb baxsanız, şou-biznes sakinlərinin ilginc fotolarını da izləmiş olacaqsınız.

Xəbər lenti

Xəbər lenti