Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir Ş.Cavadsoy/
Lider TV-də yayımlanan "Kim? Harada? Necə?" verilişinin aparıcı-müxbiri Ramin İbrahimov təşkil olunan təbdirlərin birində yenə də öz ampluasına sadiq qalıb, meydançada rəqs edən qonaqların daha yaxşı əylənməsi üçün bütün imkanlarını səfərbər etmişdi.
Müğənni və şoumenliyə iddialı aparıcının meydanı qızışdırması təqdirəlayiq olsa da, nədənsə özünün təkbaşına rəqs etməsi diqqətimizdən yayınmadı. Deyəsən, Ramin özü də bunun fərqinə vardığımızdan duyuq düşmüşdü, bu səbəbdən Trend-də yayımlanacaq fotolarına şərh verməkdə maraqlı oldu.
"Məclislərdə iştirak etdiyim zaman çox vaxt səhnəyə çıxıb, rəqs edən qonaqları ruhlandırmağı dostlarım mənə həvalə edirlər. Görünür, meydanı qızışdırmaq məndə yaxşı alınır. Belə olduğu halda, istər-istəməz tək rəqs etməli oluram. Amma bu mənim xoşuma gəlir, həzz alıram, desəm, daha düzgün səslənər. Dinlədiyim musiqiləri xəyalımda canlandırıb ona uyğun rəqs edirəm. Diqqətlərin üzərimə yönəlməsi də mənə mənfi təsir göstərmir. Əsas odur ki, müsbət enerjimdən hamıya pay düşür", - Ramin İbrahimov fikirlərini belə tamamladı.
Foto: Şahin Cavadsoy