...

Fanatını ağlamağa qoymayan teleapacıya hədiyyə yağışı (FOTO)

Mədəniyyət Materials 16 Sentyabr 2011 19:49 (UTC +04:00)
Şou-biznesə bir o qədər aidiyyətləri olmasa da, Azərbaycanın bir neçə tanınmış teleaparıcıları var ki, əhatələrində yetərincə fanatları mövcuddur.
Fanatını ağlamağa qoymayan teleapacıya hədiyyə yağışı (FOTO)

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir Ş.Cavadsoy/

Şou-biznesə bir o qədər aidiyyətləri olmasa da, Azərbaycanın bir neçə tanınmış teleaparıcıları var ki, əhatələrində yetərincə fanatları mövcuddur. Onlardan biri də ATV-nin "Ulduz oldun" və "Gün keçir" verilişlərinin aparıcısı Nanə Ağamalıyevadır.

Çəkiliş zamanı fanatlarının sevgisini bütünlüklə hiss edən Nanə, nədənsə bir xanıma ayrıca diqqət yetirirdi. Çəkilişi yekunlaşdırandan sonra həmin qızla bir neçə dəqiqəlik söhbət etməyi də özünə borc bildi. Trend-ə fanatı barədə danışan teleaparıcı, əsl pərəstişkar sevgisini onda gördüyünü də gizlətmədi.

"Fanat deməzdim, xoşum gəlmir bu sözdən, dost deyəcəyəm. Kübra mənim seçdiyim o dostlardandır ki, televiziyada hər çıxışımı izləməklə kifayətlənmir, onları şəxsi arxivi üçün yazıb saxlayır. Demək olar ki, bütün çəkilişlərimdə iştirak edir. Hər dəfə də əlidolu qarşılayır məni (gülümsəyir). Bu dəfə gəlincik və qolbağ hədiyyə etdi. Açığı, istəmirəm xərcə düşsün. Amma nə faydası, hər dəfə özüm deyib, özüm eşidirəm. Təşəkkür edirəm ki, məni bu qədər əzizləyir. Yaxşı ki, həyatımda belə insanlar var. Yaradıcılığıma verdikləri qiymətdən ilhamlanıb, sevgilərinin hesabına uğurlarımı təzələyirəm", - Nanə belə dedi.

Həyəcanlı olan Kübranı ağlamağa qoymayan Ağamalıyeva, sonda Trend-in fotokamerasına gülümsəyib, xatirə şəkli çəkdirməyi də unutmadı.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti