...

Modelyer Fəxriyə Xələfovadan yeni "Miledi" kolleksiyası (FOTO)

Mədəniyyət Materials 21 Sentyabr 2011 16:42 (UTC +04:00)
Fəxriyə Xələfova final günü özünün yeni kolleksiyasının fraqmentini tamaşaçılara təqdim etdi.
Modelyer Fəxriyə Xələfovadan yeni "Miledi" kolleksiyası (FOTO)

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir Ş.Cavadsoy/

"Azəri Top Model" müsabiqəsinin münsiflərindən biri Azərbaycanın əməkdar incəsənət xadimi, modelyer Fəxriyə Xələfova final günü özünün yeni kolleksiyasının fraqmentini tamaşaçılara təqdim etdi. Payız kolleksiyası kimi nümayiş olunan libaslar haqqında modelyer Trend-ə bunları söylədi.

"Aleksandr Dümanın "Üç muşketyor" əsərindəki cəsarətli Miledi obrazının şərəfinə bu kolleksiyamı onun adı ilə bağladım. Libasların hər biri ayrı-ayrılıqda xanım cəsarətini göstərir. "Miledi" kolleksiyama daxil olan bütün libaslar 13-16 oktyabr tarixlərində Tbilisidə keçiriləcək moda həftəsində nümayiş olunacaq. Əminəm ki, yeni kolleksiyamla bu modanı izləyən xanımlarda maraq oyatmağa müvəffəq olacağam", - Fəxriyə xanım belə dedi.

Söhbətimiz zamanı öyrəndik ki, "Nuray" ətir brendinin sahibəsi yaxın gələcəkdə "Miledi" markalı parfümləri də xanımlara təqdim etməyi planlaşdırır.

"Geyim kolleksiyalarımın adlarını ətirlərdə yaşatmaq da mənim gördüyüm işlər sırasındadır. Hazırda "Caspian Rose - Xəzərin qızıl gülü" kolleksiyamın adı ilə eyniləşdirdiyim ətir markasının son tamamlanma işləri gedir. Flakon demək olar ki, hazırdır. Bu ətrin də "Nuray" qədər qəbul olunacağına ümidvaram. Çox keçməz ki, "Miledi" adlı ətiri də xanımların ixtiyarına buraxacağıq. Məqsədim geyim kolleksiyaları ilə paralel olaraq, Azərbaycanda ətirlər brendinin formalaşmasına nail olmaqdır", - Xələfova əlavə etdi.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti