...

"Biznes ledi"yə çevrilən müğənni yaradıcılıqla məşğul olmağa vaxt tapmır (FOTO)

Mədəniyyət Materials 21 Sentyabr 2011 17:39 (UTC +04:00)
Möhtəşəm finalla yekunlaşan "Azəri Top Model" müsabiqəsinə qonaq kimi qatılan müğənnilərdən biri də Dağıstanın əməkdar artisti Bəsti Bəkirova oldu.
"Biznes ledi"yə çevrilən müğənni yaradıcılıqla məşğul olmağa vaxt tapmır (FOTO)

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir Ş.Cavadsoy/

Möhtəşəm finalla yekunlaşan "Azəri Top Model" müsabiqəsinə qonaq kimi qatılan müğənnilərdən biri də Dağıstanın əməkdar artisti Bəsti Bəkirova oldu. Gündəmdən uzaq gəzib-dolaşan Bəsti xanım Trend-ə açıqlamasında bunun səbəblərindən danışdı.

"Nabranda ilin hər fəslində fəaliyyət göstərən istirahət mərkəzlərindən birinə "biznes ledi" kimi rəhbərlik edirəm. Demək olar ki, Bakıda olmuram. Yeni xidmət sahəsi tikdirdiyim üçün ustalara da özüm nəzarət edirəm. Əsas səbəb budur. Paralel olaraq yaradıcılıq işlərimi davam etdirməyə çalışsam da, bunun öhdəsindən gələ bilmirəm. Amma müğənniliklə birdəfəlik vidalaşmaq kimi fikrim yoxdur. Çünki sənətimi çox sevirəm", - müğənni xanım fikirlərini belə tamamladı.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti