...

Müsbət enerjili Samira Allahverdi (FOTO)

Mədəniyyət Materials 21 Sentyabr 2011 20:26 (UTC +04:00)
Azərbaycan şou-biznesində barmaqla sayılacaq qədər müğənni tapılar ki, onlar səs və xarici görünüşləri ilə tamaşaçıya müsbət enerji ötürmək iqtidarındadırlar.
Müsbət enerjili Samira Allahverdi (FOTO)

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir Ş.Cavadsoy/

Azərbaycan şou-biznesində barmaqla sayılacaq qədər müğənni tapılar ki, onlar səs və xarici görünüşləri ilə tamaşaçıya müsbət enerji ötürmək iqtidarındadırlar. Həmin ifaçıların kimliklərini sıralasaq, yəqin ki, müğənni Samira Allahverdinin adını ilk beşlikdə yazmaqla heç də səhv etmərik.

Nümunəvi əxlaqa sahib olan Samira "Azəri Top Model" müsabiqəsinin finalına qonaq kimi qatılarkən, Trend-in foto-kamerasına həmişə olduğu kimi gülərüzlü pozalar verdi. Və gülməyi bacarmasının səbəblərini açıqladı.

"Məşhur kəlamda deyilir ki, gözəllik dünyanı xilas edəcək. Mən isə bura təbəssümü də əlavə edərdim. Gülüş insana çox yaraşır və gülməyi bacaran insan az da olsa qayğılardan uzaq olur. Hamıya yalnız xoş və müjdələrlə dolu həyat arzulayıram", - Samira belə dedi.

Maraqlı olacağını nəzərə alıb, müğənninin müsbət enerjili fotosessiyanı təqdim edirik.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti