Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir Ş.Cavadsoy/
Lider TV-də böyük maraqla izlənilən "Ektra hiss" verilişinin yeni buraxılışları yaxın günlərdə tamaşaçılara təqdim olunacaq. Qeyri-adi gücə malik ektrasenslər proqramın yeni mövsümdə nümayiş olunacaq bölümlərində də birincilik uğrunda yarışacaqlar.
Verilişin aparıcısı Zabir Əliyev Trend-ə açıqlamasında bildirdi ki, "Ektra hiss"də bəzi yeniliklər də var ki, onlardan da biri populyar sənətçilərin çəkilişlərdə ekspert kimi çıxış etməsidir. Məhz bu səbəbdən estrada müğənnisi Günel Ələkbərova layihənin ilk qonağı kimi dəvət olunub.
Trend olaraq, final çəilişini işıqlandırdığımız zaman maraqlı bir hadisənin şahidinə çevrildik. "Ekstra hiss"in 2010-cu ildəki qalibi öncəgörücü Anar Abdullayev Zabir və Günelin ağır cadu daşıdıqlarını söyləyib, ikisini də cadudan təmizlənməyə çağırdı. "Necə" sualına cavab isə sadə oldu. Şam işığına baxıb bacardığınız qədər daşıdığınız mənfi enerjidən gözləriniz vasitəsilə qurtulun. Anarın məsləhəti bir az tam açıq olmasa da, Günel və Zabir öncəgörücünün dediklərini reallaşdırmağa çalışdılar. Və çox keçmədi ki, həqiqətən yüngülləşdiklərini bizimlə bölüşdülər. Oxucularımıza isə onların bu hərəkətlərini təkrar etməməyi məsləhət bilirik.
Foto: Şahin Cavadsoy