...

Rəqsanə süd içməyi, Xuraman isə əhəmiyyət verməməyi məsləhət bildi

Mədəniyyət Materials 26 Oktyabr 2011 18:51 (UTC +04:00)
Teleaparıcı və şoumen Cavid Gül Trend-ə müsahibə verdiyi zaman qalmaqallı bir mövzunu müzakirəyə çıxarmaqdan çəkinməmişdi.
Rəqsanə süd içməyi, Xuraman isə əhəmiyyət verməməyi məsləhət bildi

Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir Ş.Cavadsoy/

Teleaparıcı və şoumen Cavid Gül Trend-ə müsahibə verdiyi zaman qalmaqallı bir mövzunu müzakirəyə çıxarmaqdan çəkinməmişdi. Belə ki, o, "Facebook" sosial şəbəkəsində "sizcə, Azərbaycan şou-biznesinin ən pis müğənniləri kimdir" sualı ilə öz dostlarına müraciət edib. Yuzerlər nəinki öz "like"ları ilə sorğunu bəyəniblər, hətta kəskin fikir bildirməkdən də çəkinməyiblər. Səs çoxlugu ilə müğənnilər Rəqsanə İsmayılova ilə Xuraman Şuşalı "səhnənin ən pis müğənniləri" titulunu öz aralarında bölüşüblər. Trend olaraq adları pis müğənni kimi hallanan Rəqsanə ilə Xuramanın məsələyə münasibətlərini öyrəndik.

Rəqsanə İsmayılova: "Mən bilirəm bu sorğular necə və kimlər tərəfindən keçirilir. Bəzi insanların fikirləri qətiyyən məni narahat etmir. Mən öz sevənlərim üçün oxuyuram və Allaha min şükür ki, onların sayı yetərincədir. Pis niyyətli insanlara isə bolluca süd içməyi məsləhət bilirəm. Ağartı məhsullarından çox istifadə edən insanlarda qurd az olur. Rəqsanəni sevməyənlər çoxlu süd içsinlər, qurdları tökülsün".

Xuraman Şuşalı: "Sənətə gəldiyim gündən peşəkar müəllimlərimin dəstəyini almışam və onlar sahib olduğum sənətə ən yüksək qiyməti veriblər. Xuraman Şuşalını sevənlər daha çoxdur, sevməyənləri də qəbul etməliyik. Amma kimsə mənə pis müğənni deyə bilməz. Ən azından oxuduğum mahnıların mahiyyətinə varıb ifa edirəm. Odur ki, heç kim məni ruhdan sala bilməz! Hər şeyi pis görən insanların fikirlərinə əhəmiyyət verməmək lazımdır".

Xəbər lenti

Xəbər lenti