...

Daşkənddə Azərbaycan dramaturqu Hüseyn Cavidin 130 illiyi qeyd olunub

Mədəniyyət Materials 11 Fevral 2012 10:51 (UTC +04:00)
Azərbaycanın Özbəkistandakı səfirliyi cümə günü Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedoqoji Universitetində məşhur Azərbaycan dramaturqu, şair və ictimai xadimi Hüseyn Cavidin (1882-1941-ci illər) 130 illiyinə həsr olunmuş tədbir keçirilib.
Daşkənddə Azərbaycan dramaturqu Hüseyn Cavidin 130 illiyi qeyd olunub

Özbəkistan, Daşkənd, 11 fevral/ Trend, müxbir D.Əzizov/

Azərbaycanın Özbəkistandakı Səfirliyinın təşkilatçılığı ilə cümə günü Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedoqoji Universitetində məşhur Azərbaycan dramaturqu, şair və ictimai xadimi Hüseyn Cavidin (1882-1941-ci illər) 130 illiyinə həsr olunmuş tədbir keçirilib.

Trend-in məlumatına görə, universitetin foyesində dramaturqun həyat və yaradıcılığını əks etdirən, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin onun xatirəsini əbədiləşdirmək səylərini, eləcə də Hüseyn Cavidin əsərlərinin səhnə taleyini əks etditən fotosərgi təşkil olunub.

Azərbaycanın Özbəkistandakı Səfirliyinin ikinci katibi Səbuhi Əhmədov öz çıxışında şairin həyat və yaraadıcılığından, eləcə də onun əsərlərinin özbək səhnəsində tamaşaya qoyulmasından danışıb. Onun çıxışı slayd-filmin nümayişi ilə müşayiət olunub. Tədbirdə 1983-cü ildə Azərbaycan Dövlət televiziyasının lentə aldığı "Topal Teymur" televiziya tamaşasından kadrlar nümayiş olunub.

Tədbir iştirakçılarına dramaturqun həyat və fəaliyyəti haqqında materiallar və fotoşəkillər, özbək dilinə tərcümə olunmuş "Əmir Teymur" dramının nüsxələri təqdim olunub.

Dramaturq Hüseyn Cavid özbək tamaşaçılarına bir sıra pyesləri ilə tanışdır. Onun özbək səhnəsində tamaşaya qoyulmuş ilk əsəri "Maral" olub. Daha sonra "Şeyx Sənan", "Şeyda", "İblis" əsərləri səhnələşdirilib.

Stalin perpessiyasının qurbanı olan Hüseyn Cavid özündən sonra tam bir sıra məşhur əsərlər qoyub. Onların arasında Özbəkistanda azərbaycanlı müəlliflərin Əmir Teymur obrazını bütün böyüklüyü ilə və çoxcəhətli əks etdirən əsərləri arasında ən yaxşılarından hesab edilən "Əmir Teymur" dramının xüsusi yeri var.

1998-ci ildə "Əmir Teymur" dramı tanınmış özbək filoloqu Usmon Kuçkoranın özbək dilinə tərcüməsində "Jahon adaniyyeti" ("Ümumdünya ədəbiyyatı") jurnalında dərc edilib.

Tədbirdə Azərbaycan səfirliti və Bakıdakı Hüseyn Cavid Ev-muzeyi adından dahi dramaturqun 130 illiyinə həsr olunmuş müsabiqənin keçirildiyi elan edilib. Müsabiqə aşağıdakı nominasiyalar üzrə keçiriləcək: "Hüseyn Cavidin ən yaxşı portreti ", "Hüseyn Cavidin əsərlərinin qəhrəmanlarının obrazları üzrə ən yaxşı bədii iş ", " Hüseyn Cavidin əsərlərindən şerlərin ən yaxşı qiraəti", " Hüseyn Cavidin yaradıcılığı üzrə ən yaxşı məruzə".Müsabiqəyə apreldə yekun vurulacaq.

Xəbər lenti

Xəbər lenti