...

Gürcüstanın "Eurovision - 2012" təmsilçisi bəlli oldu

Mədəniyyət Materials 19 Fevral 2012 22:08 (UTC +04:00)
Gürcüstanı Bakıda keçiriləcək "Eurovision - 2012" mahnı müsabiqəsində "Mən cokerəm" adlı mahnı ilə tanınmış müğənni Anri Coxadze təmsil edəcək.
Gürcüstanın "Eurovision - 2012" təmsilçisi bəlli oldu

Gürcüstan, Tbilisi, 19 fevral /Trend, müxbir N. Kirtsxalia/

Gürcüstanı Bakıda keçiriləcək "Eurovision - 2012" mahnı müsabiqəsində "Mən cokerəm" adlı mahnı ilə tanınmış müğənni Anri Coxadze təmsil edəcək.

Milli seçim turunun qalibi tamaşaçıların və münsiflər heyətinin səsverməsi ilə seçilib. Coxadze, bazar günü Gürcüstanın İctimai televiziyasının studiyasında keçirilən milli seçim mərhələsinin qalibi elan edildi.

Gürcüstanı "Eurovision - 2012" mahnı müsabiqəsində təmsil etmək hüququnu 9 ifaçı və qrup iddia edirdi. Bunlar Anri Coxadze, Boris Bedia, Edvard Tatiani, Levan Cibladze (Leo Jee) və November, Vanilla Cage, Mirror İllusion, REMA və İndustrial City qrupları idi. Seçim turunun finalı Gürcüstan İTV ilə canlı yayımlanırdı.

Azərbaycanın müsabiqədə bu ilki təmsilçisi Səbinə Babayeva Gürcüstan seçim mərhələsinin finalında fəxri qonaq qismində iştirak edib. O, gürcü tamaşaçılar üçün mahnı ifa etdi.

Xatırladaq ki, Eurovision 2012-nin birinci yarımfinalı mayın 22-də, ikinci yarımfinalı mayın 24-də, finalı isə mayın 26-da olacaq.

Şou "Bakı Kristal Zalı"nda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti