...

Yunanıstan "Eurovision 2012" mahnısı seçir

Mədəniyyət Materials 23 Fevral 2012 20:56 (UTC +04:00)
Yunanıstanın "Eurovision 2012" mahnısı seçilir.
Yunanıstan "Eurovision 2012" mahnısı seçir

Azərbaycan, Bakı, 23 fevral /Trend/

Yunanıstanın "Eurovision 2012" mahnısı seçilir.

Trend-in cümə axşamı müsabiqənin rəsmi saytına istinadən yaydığı məlumata görə, Yunanıstanın "Eurovision 2012" mahnısı kimi 4 bəstə nəzərdən keçirilir. Mahnılar fevralın 28-i, səhər saatlarından etibarən Yunanıstan Milli Televiziyasının (ERT) rəsmi saytında yerləşdiriləcək.

İfaçılar haqqında məlumatlar isə martın 1-də elan olunacaq. Həmin gün mahnıların klipləri də izləniləcək.

Xatırladaq ki, Yunanıstan mayın 22-də "Eurovision" mahnı müsabiqəsinin birinci yarımfinalında çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti