...

"Junior Eurovision 2012" mahnı müsabiqəsinə Amsterdam ev sahibliyi edəcək

Mədəniyyət Materials 28 Fevral 2012 16:14 (UTC +04:00)
Avropa Yayımları Birliyi 2012-ci ildə Uşaq "Eurovision" mahnı müsabiqəsinin (Junior Eurovision) dekabrın 1-də Amsterdamda keçiriləcəyini elan edib.
"Junior Eurovision 2012" mahnı müsabiqəsinə Amsterdam ev sahibliyi edəcək

Azərbaycan, Bakı, 28 fevral /Trend/

Avropa Yayımları Birliyi 2012-ci ildə Uşaq "Eurovision" mahnı müsabiqəsinin (Junior Eurovision) dekabrın 1-də Amsterdamda keçiriləcəyini elan edib.

Trend-in çərşənbə axşamı eurovision.az saytına istinadən yaydığı məlumata görə, şou 4000-dək tamaşaçı tutumuna malik HMH arenasında olacaq. Bu konsert zalı mükəmməl akustikası ilə məşhurdur. Biletlərin satışına yay mövsümündən start veriləcək.

Amsterdamdakı bu şounun aparıcıları da məlumdur. Onlar "Junior Eurovision 2007"-nin aparıcısı Kim-Lian van der Meij və Evout Genemansdır.

Qeyd edək ki, Uşaq "Eurovision" mahnı müsabiqəsi 10-cu dəfədir təşkil olunur.

Xəbər lenti

Xəbər lenti