...

Bolqarıstan "Eurovision 2012" təmsilçisini seçir

Mədəniyyət Materials 29 Fevral 2012 15:14 (UTC +04:00)
Bolqarıstanın Milli Mədəniyyət Sarayında keçirilən final şousu fərqli formatda təşkil olunub.
Bolqarıstan "Eurovision 2012" təmsilçisini seçir

Azərbaycan, Bakı, 29 fevral /Trend/

Bolqarıstanın Milli Mədəniyyət Sarayında keçirilən final şousu fərqli formatda təşkil olunub.

Trend-in çərşənbə günü "Eurovision 2012" mahnı müsabiqəsinin rəsmi saytına istinadən yaydığı məlumata görə, 12 finalçının hər birinin çıxışı 3D mapping şou texnologiyasında işlənib. Builki "Eurovision" təmsilçiləri - Maltadan Kurt Kalleya, Fransadan Anqun, Danimarkadan Soluna Samay və Kiprdən İvi Adamou da finalçılarla eyni səhnəni paylaşacaq.

Bolqarıstanın "Eurovision" təmsilçisi və mahnısı münsiflər heyəti, həmçinin tamaşaçıların birgə rəyi əsasında müəyyənləşəcək.

Bu axşam Makedoniya təmsilçisi Kaliopi isə "Bakı Kristal Zalı"nın səhnəsindəki mahnısını təqdim edəcək. "Qara və Ağ" adlı mahnının sözləri müğənninin özünə, musiqisi isə Romeo Grillə məxsusdur.

Xatırladaq ki, Kaliopi 1996-cı ildə də ölkəsini "Samo Ti" mahnısı ilə Avropanın bu sevilən televiziya şousunda təmsil edib.

Xəbər lenti

Xəbər lenti