...

Azərbaycanın "Eurovision 2012" mahnısı iki həftəyə təqdim olunacaq

Mədəniyyət Materials 5 Mart 2012 19:30 (UTC +04:00)
Azərbaycanın "Eurovision 2012" mahnı müsabiqəsindəki təmsilçisi Səbinə Babayevanın may ayında Bakıdakı şouda ifa edəcəyi mahnının münsiflər heyəti tərəfindən seçimləri aparılır.
Azərbaycanın "Eurovision 2012" mahnısı iki həftəyə təqdim olunacaq

Azərbaycan, Bakı, 5 mart /Trend/

Azərbaycanın "Eurovision 2012" mahnı müsabiqəsindəki təmsilçisi Səbinə Babayevanın may ayında Bakıdakı şouda ifa edəcəyi mahnının münsiflər heyəti tərəfindən seçimləri aparılır.

Trend-in bazar ertəsi müsabiqənin rəsmi saytına istinadən yaydığı məlumata görə, Səbinə Babayevanın "Eurovision" mahnısı yaxın iki həftə ərzində təqdim olunacaq.

Xatırladaq ki, Səbinə Babayeva fevralın 12-də keçirilən milli seçimlərin final mərhələsində 5 ifaçı arasından Azərbaycanın "Eurovision 2012" təmsilçisi seçilib.

Azərbaycan 57-ci "Eurovision" mahnı müsabiqəsinin mayın 26-da keçiriləcək final mərhələsində çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti