Azərbaycan, Bakı, 1 may /Trend, müxbir V.İmanov/
Ən müasir texniki avadanlıqlarla təchiz edilmiş və mədəniyyət müəssisələri arasında bir çox ilklərə imza atan Heydər Əliyev Sarayı daha bir yeniliklə, Saray ərazisində simsiz internetə sərbəst çıxışlı zona yaradaraq öz tamaşaçılarını sevindirəcək. Bu barədə Trend-ə Sarayın mətbuat xidmətindən məlumat verilib.
Mayın 1-dən Heydər Əliyev Sarayının tamaşaçı foyesi (3000 kv.m) Wİ-Fİ zona ilə əhatə ediləcək və Sarayda keçiriləcək tədbir və konsertlər zamanı istənilən şəxs burada pulsuz (free) internetdən istifadə edə biləcək.
Bununla Heydər Əliyev Sarayının rəhbərliyinin məqsədi yerli tamaşaçılara və böyük əhəmiyyətli "Eurovision-2012" mahnı müsabiqəsinin keçiriləcəyi müddətdə ölkəmizə gələcək xarici turistlərə beynəlxalq standartlara uyğun, ən yüksək səviyyəli xidmət göstərməkdir.
Heydər Əliyev Sarayından tamaşaçılara sürpriz
Ən müasir texniki avadanlıqlarla təchiz edilmiş və mədəniyyət müəssisələri arasında bir çox ilklərə imza atan Heydər Əliyev Sarayı daha bir yeniliklə, Saray ərazisində simsiz internetə sərbəst çıxışlı zona yaradaraq öz tamaşaçılarını sevindirəcək.