...

Almaniyanın “Eurovision” təmsilçisi ilk məşqindən razı qalıb (FOTO)

Mədəniyyət Materials 19 May 2012 18:41 (UTC +04:00)
Almaniyanı "Eurovision 2012" mahnı müsabiqəsində təmsil edən Roman Lob “Bakı Kristal Zalı”nda müsabiqədə ifa edəcəyi “Standing Still” mahnısının ilk məşqini keçirib.
Almaniyanın “Eurovision” təmsilçisi ilk məşqindən razı qalıb (FOTO)

Azərbaycan, Bakı, 19 may /Trend, müxbirlər E.Mehdiyev, V.İmanov/

Almaniyanı "Eurovision 2012" mahnı müsabiqəsində təmsil edən Roman Lob "Bakı Kristal Zalı"nda müsabiqədə ifa edəcəyi "Standing Still" mahnısının ilk məşqini keçirib.

Trend-in məlumatına görə, məşqdən sonra mətbuat konfransı keçirən müğənni məşqindən razı qaldığını bildirib.

Bakıya ilk dəfə gəldiyini deyən ifaçı paytaxtımızın gözəl olduğunu vurğulayıb. O, Bakıdakı göydələnlərin onun çox xoşuna gəldiyini deyib. Roman Lob bildirib ki, Bakıda onun çoxlu pərəstişkarları var.

Mahnısı barədə məlumat verən müğənni ifasının ingilis dilində olmasının səbəbini jurnalistlərlə bölüşüb. O bildirib ki, bu dildə daha çox adam anlayır və danışır. Roman Lob mahnısının Almaniyaya uğur gətirəcəyinə inandığını vurğulayıb.

Xəbər lenti

Xəbər lenti