...

"Sərgüzəşti-vəziri-xani-Lənkəran" bölgələrə qastrol səfərinə gedir

Mədəniyyət Materials 25 İyun 2012 17:20 (UTC +04:00)
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi cənub bölgəsinə qastrol səfərinə gedəcək.
"Sərgüzəşti-vəziri-xani-Lənkəran" bölgələrə qastrol səfərinə gedir

Azərbaycan, Bakı, 25 iyun /Trend/

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi cənub bölgəsinə qastrol səfərinə gedəcək.

Teatrın mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumatına görə, Azərbaycan Prezidentinin təsdiq etdiyi "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramının müvafiq bəndinin icra edilməsi və bölgələrdə yaşayan əhalinin asudə vaxtının səmərəli keçirilməsi, gənclərin və məktəblilərin mənəvi, estetik tərbiyəsinin formalaşdırılması, habelə Azərbaycan Milli dramaturgiyasının banisi, ictimai xadim M.F.Axundzadənin anadan olmasının 200 illiyi və teatrın ən maraqlı tamaşalarını bölgə tamaşaçılarına təqdim etmək məqsədilə baş tutacaq qastrolda kollektiv M.F.Axundzadənin "Sərgüzəşti-vəziri-xani-Lənkəran" tamaşası ilə çıxış edəcək.

Dahi dramaturqun eyniadlı əsəri əsasında hazırlanmış dörd pərdədən ibarət səhnə əsəri iyun ayının 26-dan 30-dək Salyan, Neftçala, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lerik, Astara, Lənkəran rayonlarında və Şirvan şəhərində nümayiş etdiriləcək.

Quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova olan tamaşanın musiqi tərtibatı xalq artisti Cavanşir Cəfərova, rəqslərin quruluşu Zakir və Leyla Ağayevlərə məxsusdur. Tamaşada rolları əməkdar artistlər Lətifə Əliyeva, Gülər Nəbiyeva, Leyli Vəliyeva, Nofəl Vəliyev, Şövqi Hüseynov, Seyidşah Məmmədov, aktyorlar İradə Rəşidova, Aydın Dəmirov, Kərəm Hadı-zadə, Vüsal Mehrəliyev ifa edəcəklər.

Xəbər lenti

Xəbər lenti