...

Gəncə şəhərində kitab sevərlər üçün bayramdır

Mədəniyyət Materials 7 Avqust 2012 13:35 (UTC +04:00)
Trend-in məlumatına görə, Gəncə Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə “Mütaliə həftəsi” keçirilir
Gəncə şəhərində kitab sevərlər üçün bayramdır

Azərbaycan, Bakı, 7 avqust /Trend/

Gəncə şəhərində kitab sevərlər üçün bayramdır.

Trend-in məlumatına görə, Gəncə Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə "Mütaliə həftəsi" keçirilir. "Mütaliə həftəsi"nin ilk günündə iştirakçılara 200 ədəddən çox kitab təqdim olunub. Bu kitablar arasında ümummilli lider Heydər Əliyevə həsr olunan "Əbədi müstəqilliyimizin memarı", "Azərbaycan təbiəti dünya incisi-gəlin onu qaruyaq", "Dilimiz qüdrətimizdir", "Milli Qəhrəmanlar fəxrimizdir", "Azərbaycan poeziyasının korifeyi-Nizami Gəncəvi-870", "Nağıllar dünyasına səyahət" və s. nəşrlər maraqla qarşılanıb.

Həftənin sonunadək şəhər mərkəzləşdirilmiş kitabxana sistemində olan 500 min kitabdan ən yaxşıları seçilərək oxuculara təqdim ediləcək.

Xəbər lenti

Xəbər lenti