...

Azərbaycan xanəndəsi Londonda geniş konsert proqramı ilə çıxış edib

Mədəniyyət Materials 8 Avqust 2012 15:44 (UTC +04:00)
Azərbaycanın xalq artisti Nəzakət Teymurova Londonda geniş konsert proqramı ilə çıxış edib.
Azərbaycan xanəndəsi Londonda geniş konsert proqramı ilə çıxış edib

Azərbaycan, Bakı, 8 avqust /Trend/

Azərbaycanın xalq artisti Nəzakət Teymurova Londonda geniş konsert proqramı ilə çıxış edib.

Trend Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, azərbaycanlı xanəndənin konserti Londonda ənənəvi olaraq keçirilən WOMAD ("Dünya ölkələrinin musiqisi və rəqsləri") festivalı çərçivəsində baş tutub. Festivalda Nəzakət Teymurovanı tarda əməkdar artist Əliağa Sədiyev, kamançada Elnur Mikayılov, balabanda əməkdar artist Şirzad Fətəliyev müşayiət ediblər.

Teymurovanın WOMAD-da çıxışı UNESCO-nun eksperti Sənubər Bağırovanın köməyi ilə gerçəkləşib.

BBC radiosu vasitəsilə canlı yayımlanan festivalda azərbaycanlı ifaçının bir saat davam edən çıxışı dinləyicilərə böyük zövq bəxş edib.

Konsertdən sonra xalq artisti bir neçə jurnal və qəzetə müsahibə verib. "London Evening Standard"ın əməkdaşı Samon Brouton həmvətənimiz haqqında yazır ki, ən təsirli səs azərbaycanlı Nəzakət Teymurovanın idi.

Teymurova, həmçinin London Mərkəzi Kitabxanasına dəvət olunub və disklərini kitabxanaya hədiyyə edib. Bu görüşlər zamanı sənətçi bir neçə yeni konsert təklifi də alıb.

Xəbər lenti

Xəbər lenti