...

Rihanna: "Bakı!!! Mən buradayam!!! Baş verənlərə inana bilmirəm!!!"

Mədəniyyət Materials 5 Oktyabr 2012 10:41 (UTC +04:00)
Dünyaca məşhur müğənni Rihanna özünün Twitter mikrobloqunda Azərbaycana səfəri haqqında yazıb. Trend-in məlumatına görə, müğənni səfərlə bağlı bunları deyib: "Bakı!!! Mən buradayam!!! Baş verənlərə inana bilmirəm!!!"
Rihanna: "Bakı!!! Mən buradayam!!! Baş verənlərə inana bilmirəm!!!"

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir V.İmanov/

Dünyaca məşhur müğənni Rihanna özünün Twitter mikrobloqunda Azərbaycana səfəri haqqında yazıb. Trend-in məlumatına görə, müğənni səfərlə bağlı bunları deyib: "Bakı!!! Mən buradayam!!! Baş verənlərə inana bilmirəm!!!"

Qeyd edək ki, dünən gecə saatlarında dünya şöhrətli müğəni Rihanna Bakıya gəlib.

O, may ayında "Eurovision 2012" müsabiqəsinin keçirildiyi "Bakı Kristal Zalı"nda şənbə günü konsert proqramı ilə çıxış edəcək.

R&B şahzadəsi, beynəlxalq mükafatların, o cümlədən iki "Qremmi" mükafatının sahibi Bakıdakı çoxsaylı pərəstişkarlarını hit mahnılardan ibarət eksklüziv şou ilə sevindirəcək. Rihanna ilə birlikdə ABŞ-dan Bakıya müğənninin 80 nəfərlik komandası da gəlib.

Rihannanın Bakıdakı konsertinə müxtəlif ölkələrdən müğənninin çoxsaylı fanatlarının gələcəyi gözlənilir.

Rihannanın Bakı konserti musiqi sənayesində piratçılıq ilə mübarizəyə həsr edilib.

Konsert "Universal Music Group"un Azərbaycandakı nümayəndəsi "Omnikomo Music Group" şirkəti tərəfindən təşkil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti