...

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin orijinal əlyazmalarından ibarət sərgi keçirilib

Mədəniyyət Materials 3 Noyabr 2012 13:07 (UTC +04:00)
Bu gün Nizami Gəncəvinin 870 illiyi çərcivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Respublikası Milli Tarix Muzeyi ilə birgə dahi Azərbaycan şairinin əsərlərinin və Şərq inciləri sayılan digər əsərlərin orijinal əlyazmalarından ibarət sərgi keçirib.
Dahi Azərbaycan şairi Nizami Gəncəvinin orijinal əlyazmalarından ibarət sərgi keçirilib

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir E.Mehdiyev/

Bu gün Nizami Gəncəvinin 870 illiyi çərcivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Respublikası Milli Tarix Muzeyi ilə birgə dahi Azərbaycan şairinin əsərlərinin və Şərq inciləri sayılan digər əsərlərin orijinal əlyazmalarından ibarət sərgi keçirib.

Trend-in məlumatına görə, dünyanın 40-dan çox ölkəsindən toplanmış misilsiz əlyazmaların ilk dəfə sərgisi keçirilib. Bu əlyazmalara XII əsrə adi İncil, Qurani-Kərim, dahi Nizaminin "Xəmsə"sinə Hindistan, Misir, İran, Mərkəzi Asiya xalqlarının yazdıqları əlyazmalar, qızıl işləməli illüstrasiyalar daxildir.

Sərginin açılışında ABŞ Dövlət Departamentinin qadın məsələləri üzrə əlaqələndiricisi xanım Melanne Verveyer, Departamentin beynəlxalq kommunikasiya və informasiya siyasəti üzrə əlaqələndiricisi Filip Verveyer, ABŞ, Misir və Qırğızıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri və bir sıra rəsmi dövlət qurumlarının nümayəndələri iştirak edib.

Sərgidə qonaqlara əlyazmalar barədə ətraflı məlumat verilib.

Sərgidən sonra Muzeyin böyük zalında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qısa müddətdə gördüyü işlərlə bağlı film nümayiş etdirilib.

Mərkəzin Himayədarlar Şurasının xüsusi qərarı ilə xanım Melanne Verveyer dünyada qadın problemlərinin həlli, yoxsul ölkələrdə gənc qızların təhsilə cəlb edilməsi istiqamətindəki misilsiz fəaliyyətinə görə "Nizami Gəncəvi" Beynəlxalq mükafatı ilə təltif olunub.

Xanım Melanne Verveyer, öz növbəsində, onun fəaliyyətinə belə böyük dəyər verildiyinə görə təşəkkürünü bildirib. O, Nizami Gəncəvinin əlyazmaları ilə tanış olmağın onun üçün böyük şərəf olduğunu qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti