...

Şəki "Memarlıq qoruğu şəhəri" elan ediləcək

Mədəniyyət Materials 26 Noyabr 2012 17:29 (UTC +04:00)
2030-cu ilə kimi Azərbaycanın Şəki şəhərinin "Memarlıq qoruğu şəhəri" elan edilməsi nəzərdə tutulur.
Şəki "Memarlıq qoruğu şəhəri" elan ediləcək

Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir İ.İsabalayeva/

2030-cu ilə kimi Azərbaycanın Şəki şəhərinin "Memarlıq qoruğu şəhəri" elan edilməsi nəzərdə tutulur. Bu barədə bazar ertəsi Trend-ə Şəki Turizm İnformasiya Mərkəzinin direktoru Nəsib İmaməliyev bildirib.

Onun sözlərinə görə, hazırda Şəki şəhərində müxtəlif təmir-abadlıq işləri aparılır.

İmaməliyev deyib ki, bu yaxınlarda xarici turistlər üçün Şəki şəhərinin xəritəsi hazırlanıb. Xəritədə Şəkinin gəzməli-görməli yerlərinin koordinatları qeyd edilib. Bundan əlavə, Şəkinin tarixi abidələri ilə bağlı məlumatları özündə əks etdirən bukletlər də hazırlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti