...

Bəstəkar Elnarə Dadaşovanın 60 illik yubiley gecəsi keçiriləcək

Mədəniyyət Materials 10 Yanvar 2013 18:03 (UTC +04:00)
Cari ilin yanvar ayının 25-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında xalq artisti, əməkdar incəsənət xadimi, professor Elnarə Dadaşovanın anadan olmasının 60 illiyinə həsr edilmiş yubiley gecəsi keçiriləcək.
Bəstəkar Elnarə Dadaşovanın 60 illik yubiley gecəsi keçiriləcək

Azərbaycan, Bakı, 10 yanvar /Trend/

Cari ilin yanvar ayının 25-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında xalq artisti, əməkdar incəsənət xadimi, professor Elnarə Dadaşovanın anadan olmasının 60 illiyinə həsr edilmiş yubiley gecəsi keçiriləcək.

Trend Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verir ki, gecədə bəstəkarın yaradıcılıq yolundan söz açılacaq və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında onun əsərləri səslənəcək.

Dünya şöhrətli bəstəkar Qara Qarayevin tələbəsi olmuş Elnarə Dadaşova bəstəkarlıq fəaliyyətinə peşəkar musiqiçi kimi başlayıb. O, fortepiano, simli kvartet, kamera-instrumental, soprano və kamera, nəfəsli orkestr üçün əsərlər bəstələyib, polifonik, sənədli filmlərə silsilə musiqilər yazıb. Bəstəkarın yaradıcılığının parlaq səhifəsini onun fortepiano üçün yazılmış "24 Prelüd" silsiləsi, "Sayalı" baleti, orqan üçün "Variasiya", "Fantaziya", "Postlüdiya" əsərləri təşkil edib.

Hazırda Dadaşova Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Azərbaycan Milli Konservatoriyasında pedaqoji fəaliyyətini uğurla davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti