Fransada keçirilən Azərbaycan mədəniyyət günləri çərçivəsində Strasburqda sərgi və konsert təşkil olunub (FOTO)

Fransada keçirilən Azərbaycan mədəniyyət günləri çərçivəsində Strasburqda sərgi və konsert təşkil olunub (FOTO)

Azərbaycan, Bakı, 10 fevral /Trend/

Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" layihəsi əsasında Fransada keçirilən Azərbaycan mədəniyyət günləri çərçivəsində fevralın 9-da Strasburqda sərgi və konsert təşkil olunub. Bu barədə Trend AzərTAc-a istinadən məlumat verir.
Azərbaycan ilə bağlı növbəti tədbirin Avropanın rəmzi paytaxtı hesab edilən Strasburqda keçirilməsi heç də təsadüfü deyildir. Avropa Şurası, Avropa Parlamenti, Avropa İnsan Haqları Məhkəməsi kimi nüfuzlu təşkilatlarla yanaşı, Strasburqda və Avropa Şurası yanında akkreditə olunan diplomatik korpusun nümayəndəlikləri bu şəhərdə yerləşir.
Azərbaycan mədəniyyət günləri möhtəşəm "Tussimo" sərgi salonunda ölkəmizlə bağlı guşənin rəsmi açılışı ilə başlamışdır.
Tədbiri açan şəhərin meri, senator Rolan Ris Azərbaycanın mədəni zənginliklərinin nümayiş etdirildiyi bu sərgidə olmaqdan məmnunluq duyduğunu bildirmişdir. Mer iştirakçıların ölkəmizin mədəni irsi ilə yaxından tanışlığının Azərbaycan barədə müəyyən təsəvvür əldə etmələrində mühüm rol oynayacağını diqqətə çatdırmışdır. R.Ris guşə ilə tanışlıq zamanı xalçalarımıza xüsusi maraq göstərdiyini qeyd etmişdir.
Bir qrup senatorla Azərbaycana səfərini xatırladan mer ölkəmizlə tanışlığın, xüsusilə Strasburq kimi UNESCO-nun dünya mədəni irs siyahısına daxil edilən İçərişəhərin onda xoş təəssürat oyatdığını vurğulamışdır. Azərbaycanın mədəni dəyərləri bu ölkənin tarixiliyindən və zənginliyindən xəbər verir. R.Ris Bakı ilə Strasburq, Azərbaycan ilə Elzas regionu arasında əlaqələrin daha da inkişaf etdirilməsində hər iki tərəfin maraqlı olduğunu diqqətə çatdırmış, ölkəmizin Avropa Şurasında yaxşı əlaqələr qurduğunu xalqların biri-birini yaxından tanıması istiqamətində yaxşı ideyaların tapılmasının mümkünlüyünü bildirmişdir.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov ölkəmizin turizm imkanlarını əks etdirən sərginin ilk dəfə Strasburqda açıldığını xatırlatmış, bu tədbirin təşkilinə imkan yaratdıqlarına görə şəhər merinə və digər rəsmi şəxslərə minnətdarlığını bildirmişdir. O, ölkəmizdə turizmin inkişaf etdiyini vurğulamış və sərginin strasburqluların Azərbaycan barədə ətraflı məlumat əldə etmələrinə imkan yaradacağına ümidvar olduğunu demişdir.
Səfir qədim tarixi olan gənc müstəqil Azərbaycanda müxtəlif dinlərə, mədəniyyətlərə malik etnik qrupların yaşadığını, ölkəmizin Xəzər dənizi ilə Qafqaz sıra dağları, Şərq ilə Qərb arasında yerləşdiyini bildirmişdir. Diplomat Azərbaycanı, onun zəngin mədəni abidələrini fransızlara yaxından tanıtmaq məqsədilə sərgi və konsertin ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən təşkil olunduğunu diqqətə çatdırmışdır.
Qeyd olunmuşdur ki, Azərbaycan Elzas regionu ilə yalnız mədəni sahədə deyil, iqtisadi sahədə də əlaqələrin inkişafında maraqlıdır. Keçən il ölkəmizlə Fransa arasında diplomatik əlaqələrin yaradılmasının 20 illiyi təntənəli şəkildə qeyd edilmişdir. Azərbaycan dünyəvi, həm də tolerant ölkədir. Azərbaycanda onlarla etnik qrup dostluq və mehribanlıq şəraitində yaşayır. Ölkəmizdə "Şərab yolları" turizm marşrutu mövcuddur. Xizək həvəskarları üçün hər cür şəraiti olan kompleks yaradılmışdır. Azərbaycan memarlıq baxımından diqqəti cəlb edən tarixi abidələrə, zəngin mətbəxə, gözəl təbiətə malik ölkədir.
Elzas region şurası prezidentinin birinci müavini Andre Reşard çıxışında Müluz şəhərində, indi isə Strasburqda təşkil edilən sərginin elzaslıların Azərbaycan ilə tanış olmalarında mühüm əhəmiyyət daşıdığını vurğulamışdır. Ölkəmizin sürətlə inkişaf etdiyini deyən natiq Azərbaycanın Avropa Şurasında xüsusi çəkisi olduğunu vurğulamışdır. Azərbaycan yalnız keramika məhsulları, xalçaları, mədəni irsi, tarixi ənənələri ilə yanaşı, həm də yeraltı sərvətləri ilə zəngin ölkədir. Güclü iqtisadi potensiala malik ölkə enerji ehtiyatları ilə zəngindir, neft və qaz sənayesi sürətlə inkişaf etmişdir.
A.Reşard iqtisadi forum keçirməklə Azərbaycan ilə tərəfdaşlığı inkişaf etdirməkdə maraqlı olduqlarını bildirmişdir.
Şəhərin meri və digər rəsmi qonaqlar Azərbaycan guşəsində nümayiş etdirilən saxsı qablar, misgərlik nümunələri, xalçalarla, xurcunlarla, qədim kişi və qadın geyimləri ilə yaxından tanış olmuşlar.
İştirakçılar sərgi ilə bağlı təəssüratları barədə AzərTAc-a müsahibələr vermişlər.
Fransanın keçmiş xarici ticarət naziri Lus Fransua bildirmişdir ki, Azərbaycanın bizim regionda tanınması istiqamətində atdığı addım elzasların böyük marağına səbəb olmuşdur. Şəxsən mən Azərbaycanı yaxşı tanıyıram. Nazir vəzifəsində çalışarkən ölkənizə səfərim çərçivəsində Bakının tarixi və görməli yerləri ilə tanışlıq, xüsusilə Qız qalası və İçərişəhər məndə unudulmaz təəssürat yaratmışdır. Xalçalar və miniatür əsərlər daha çox xoşuma gəldi. Ötən il "Baku Crystal Hall"da keçirilən "Eurovision-2012" beynəlxlaq mahnı müsabiqəsi Azərbaycanı bütün dünyada, o cümlədən Fransada yaxşı tanıtmışdır. Strasburqda Azərbaycan muğamını tanıyır və sevirlər. İqtisadi sahədə də əməkdaşlıq sahəsində böyük imkanlar vardır. Ölkənizin zəngin mətbəxini tanıtmaq üçün istər Parisdə, istərsə də Strasburqda Azərbaycan restoranının olmaması təəssüf doğurur.
Strasburq turizm idarəsinin sədri Jan-Jak Gsel isə fikirlərini bölüşərkən sərginin çox maraqlı olduğunu vurğulamışdır. Əminəm ki, sərgiyə gələn 30 mindən artıq adam ölkənizlə yaxından tanış olmaq imkanı əldə edəcəkdir. Etiraf edim ki, Azərbaycanı bir o qədər də tanımıram. Yalnız onu deyə bilərəm ki, keçmiş Sovet İttifaqının respublikalarından biri olan Azərbaycan Xəzər dənizinin sahilində yerləşir, Rusiya, Gürcüstan, Türkiyə və İran kimi ölkələrlə həmsərhəddədir. Mənə ecazkar təbiəti olan ölkəniz, səmimi və mehriban azərbaycanlıların qonaqpərvərliyiniz haqqında çox danışmışlar. Ümid edirəm ki, yaxın vaxtlarda ölkənizə səfər edəcəyəm. Bunun başlıca səbəbi mənim xizək həvəskarı olmağımdan irəli gəlir. Eşitmişəm ki, Azərbaycanda yeni xizək kompleksi istifadəyə verilmişdir.
Həmin gün Strasburqun məşhur "Musiqi sarayı"nda Azərbaycanın Xalq Artisti Teymur Göyçəyevin dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin konserti olmuşdur.
Konsertdən əvvəl çıxış edən şəhərin meri R.Ris həm sərgi, həm də incəsənət ustalarının konserti ilə Azərbaycanın Elzas regionunda yaxşı tanınacağına ümidvar olduğunu bildirmişdir. Azərbaycana səfəri zamanı ölkəmizin mədəni irsi, mədəniyyəti, eyni zamanda, sürətlə inkişaf edən iqtisadiyyata malik müstəqil ölkə kəşf etdiyini bildirən mer ölkəmizi daha yaxşı tanımaq üçün əhali ilə əlaqədə olmağın vacibliyini qeyd etmişdir.
Səfir Elçin Əmirbəyov Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Qafqazı mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" layihəsi əsasında Fransanın bir neçə şəhərində sərgi və konsertlərin təşkil edildiyini xatırlatmışdır. Diplomat qədim və zəngin mədəniyyətə malik ölkəmizin İpək yolu üzərində yerləşdiyini, onun Fransanın Şərqində o qədər də tanınmadığını, ona görə də Elzasda belə tədbirin keçirildiyini diqqətə çatdırmışdır. Səfir xalqımızın ənənəvi musiqisi olan muğamın 2003-cü ildə UNESCO-nun şifahi və qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini bildirmişdir.
Konsertlə bağlı təəssüratlarını bölüşən tamaşaçı Brigitta Kox demişdir ki, mən həyat yoldaşımla Almaniyanın Kel şəhərindən gəlmişəm. Strasburqda yaşayan tanışlarımız bu konsert barədə bizə danışanda burada iştirak etmək fürsətini əldən buraxmaq istəmədik. Azərbaycanın incəsənət ustalarının çıxışı bizə maraqlı gəldi. Konsertə valeh oldum. İstər orkestrin çıxışı, istərsə də xanəndələrin ifası ölkənizin zəngin mədəniyyətindən xəbər verir. Konsertdə ilk dəfə mənə məlum olmayan musiqi alətləri xüsusi marağıma səbəb oldu. Bir sözlə, konsertdən aldığım təəssürat yaddaşımda əbədi iz saldı və ölkənizə qarşı böyük maraq oyatdı.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Mahmud Kərimov bazar günü vəfat edib.

ANAMA cəbhəboyu ərazilərdə top mərmiləri, minalar, raket və partladıcılar aşkar edib (FOTO)
ANAMA cəbhəboyu ərazilərdə top mərmiləri, minalar, raket və partladıcılar aşkar edib (FOTO)
Ermənistanın ağır artilleriya zərbələri nəticəsində Bərdədə 5 fərdi evə ciddi ziyan dəyib - FHN (FOTO/VİDEO)
Ermənistanın ağır artilleriya zərbələri nəticəsində Bərdədə 5 fərdi evə ciddi ziyan dəyib - FHN (FOTO/VİDEO)
Baş Prokurorluq Bərdədə erməni terroru nəticəsində ölənlərin adlarını açıqladı
Baş Prokurorluq Bərdədə erməni terroru nəticəsində ölənlərin adlarını açıqladı
Loading Bars
Xəbər lenti
Prezident İlham Əliyev: Bərdə sakinlərinin qisası yerdə qalmayacaq
Ermənilər Tərtəri yenidən qrad atəşinə tutub
Azərbaycanda son sutkada 988 nəfər COVID-19-a yoluxub, 340 nəfər sağalıb, 11 nəfər vəfat edib
Daxili Qoşunların hərbi qulluqçuları Bərdəyə göndərildi - DİN
“Həkimlərimizi tanıyın!” - həkim-dermatoveneroloq Dr. Sevinc Kərimova
Bərdədə ölənlər arasında FHN-in əməkdaşı da var
Bərdədə ölənlərin sayı 21 oldu, 70 yaralı var (ƏLAVƏ OLUNUB) (FOTO)
Düşmən Zəngilanda diversiyaya cəhd etdi, hamısı məhv edildi (VİDEO)
Astarada evini tərk edən COVİD-19 xəstəsi mağazada saxlanıldı
Bərdənin qisası alınır: Erməni hərbçiləri belə məhv edilir (VİDEO)
Mərkəzi Gömrük Hospitalında Patomorfoloji diaqnostika şöbəsi yaradılıb
Düşmən Tərtər rayonunun ərazisini yenidən atəşə tutub
Azərbaycan "Facebook" şirkətinə müraciət edib
Gəncədə koronavirusla bağlı qərargah maarifləndirmə tədbirlərini davam etdirir
Tibb işçilərini Dağlıq Qarabağda zorakılıqdan qorumaq vacibdir - ÜST
İranda sutka ərzində koronavirusdan 415 nəfər dünyasını dəyişib
Bərdədə ölənlərin hər biri günahsız insanlardır - Hikmət Hacıyev
Bərdədə erməni terroru törədilən ərazidə son vəziyyət - VİDEO
Bərdədə erməni terroru olan ərazidə xilasetmə işləri davam etdirilir - FHN
Düşmən dezinformasiya yaymaqla törətdiyi hərbi cinayətlərdən diqqəti yayındırmağa çalışır - Müdafiə Nazirliyi
Ermənistan mülki insanlarımıza hücumları davam etdirsə, lazımi tədbirlər görüləcək - Prezidentinin köməkçisi
Hikmət Hacıyev hərbi atteşeləri Bərdəyə səfər etməyə çağırıb
Ermənistan Dağlıq Qarabağda həlak olan hərbçilərinin sayını açıqlayıb
Bərdəyə kasetli bombadan hücum Azərbaycan xalqına qarşı növbəti soyqırımdır - Hikmət Hacıyev
Bakı Beynəlxalq Enerji Xartiyası Forumu öz işinə başlayıb (FOTO)
Goranboy və Tərtər rayonlarının ərazisi atəşə tutulur
Ermənistan Bərdəyə hücumla beynəlxalq humanitar hüququ kobudcasına pozur - Qazaxıstan səfiri
Zəngilandakı məscidin tövlə kimi istifadə edilməsi islam dünyası üçün təhqirdir - Anar Kərimov
Bərdəyə hücum bəşəriyyətə qarşı cinayətdir - XİN
Dağlıq Qarabağda tarixi abidələrin dağıdılması bu ərazilərdə azərbaycanlıların mədəni kimliyinin itirilməsi məqsədi güdür - Anar Kərimov
Ermənistanın Azərbaycanda yaşayış məntəqələrinə hücumu bəşəriyyətə qarşı atılan addımdır - Hikmət Hacıyev
Bu gün Bərdəyə atılan raketlərin qalıqları (FOTO)
Qarabağ Türkiyə üçün qırmızı xətdir və bu məsələdə heç kimə güzəşt etməyəcəyik - Ərdoğan
Koreyada erməni vandalizminə qarşı etiraz aksiyası keçirilib (FOTO)
Şəhid ailələri və müharibə əlillərinə ev verilib (FOTO)
Azərbaycan Avropa Məhkəməsinə müraciət edərək, Ermənistan barəsində təminat tədbirlərinin tətbiq olunmasını tələb edib - Fuad Ələsgərov
Düşmən Bərdə şəhərini yenidən raket hücumu edib (ƏLAVƏ OLUNUB) (FOTO/VİDEO)
Ermənistanın müharibə cinayətləri şiddətlə qınanmalıdır - Hikmət Hacıyev - (ƏLAVƏ OLUNUB)
Rostovu qorxu altında saxlayan Melkumyanlar - Rusiya KİV
Azərbaycan Ordusu mülki əhalini heç vaxt hədəf almır - MN
Dünya uşaq qatili ermənilərin əməllərinə susmamalıdır - Pərvin Kərimzadə
Azərbaycan atmosferə zərərli tullantıların azaldılması üçün mühüm addımlar atır - Nazir
Ceyhun Bayramov İran Prezidentinin xüsusi elçisi ilə görüşüb (FOTO)
Sabah arabir yağış yağacaq, külək əsəcək
İlahiyyat İnstitutunun müəllimi Beynəlxalq Simpoziumda onlayn iştirak edib
Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə birliyi və strateji müttəfiqliyi birgə səylərimizlə bu gün ən yüksək səviyyədədir
Ermənistan təkcə Azərbaycanın deyil, bütün regionun enerji təhlükəsizliyinə təhdiddir - Energetika naziri
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik edib
“Baktelecom” mətbuat işçilərinin yaşayış binasını optik şəbəkəyə keçirib (FOTO)
Bu gün yayılan videolardan da aydın görünür ki, Bərdədə törədilən qətliamın qisası layiqincə alınıb - Deputat (VİDEO)
Yeni Zelandiya ictimaiyyəti erməni təcavüzü barədə məlumatlandırılır (FOTO)
Türkiyə Azərbaycanın yanında olmaqda davam edəcək - Mustafa Şentop
Məktəblərdə işğaldan azad olunan ərazilər haqqında bülletenlər hazırlanacaq
Azərbaycanda yaşı 100-dən çox olanların sayı açıqlandı
Polis əhaliyə müraciət edib: Ehtiyatı əldən verməməli, ayıq-sayıq olmalıyıq
Edinburq şəhərində Gəncə terroru pislənib
Prezident İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibə verib (FOTO)
Azərbaycanda qızıl bahalaşıb
Yeni Susay-Xınalıq avtomobil yolunda tikinti işləri aparılır (FOTO)
Müdafiə Nazirliyi rəsmi sosial şəbəkə hesablarını paylaşıb
Rusiyada bir gündə 346 nəfər koronavirusdan öldü
Bərdədə erməni terroru nəticəsində ölən 7 yaşlı Aysu dəfn olunub (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Paşinyan döyüş meydanında qalan hərbçilərinin meyitlərini götürməkdən qorxur - Ekspert
Bərdənin qisası alındı - Düşmənin xeyli sayda hərbi texnikası və canlı qüvvəsi məhv edilib (VİDEO)
ADU-nun Konfutsi İnstitutu Sumqayıtda onlayn tədbir keçirilib
Azərbaycan nefti bahalaşıb
Düşmən Tərtər rayonunun ərazisini raket atəşinə məruz qoyub
Əsirlikdə olan vətəndaşlarının taleyi, həlak olanların meyitləri Ermənistanı maraqlandırmır - Qafqazşünaslıq İnstitutu
Erməni təxribatı nəticəsində ölən mülki şəxslərin sayı 69-a çatdı
Ermənistanda daha 2 241 nəfər koronavirusa yoluxdu, 21 nəfər öldü
Belarusun Azərbaycandakı səfiri Gəncəyə gəlib (FOTO)
Ordumuza məxsus PUA vurulmayıb - MN
Abşeronun kəndlərində COVİD-19 əleyhinə təbliğat tədbirləri keçirilib (FOTO)
Naxçıvanın bir çox tarixi abidələri işğal altındadır - İnstitut
Azərbaycan ordusunun cəbhədə irəliləməsi bəzi ölkələri narahat edir - İordaniyalı general
Qazaxıstanda koronavirusa daha 148 nəfər yoluxub
Milli Məclisin deputatları Moldovada prezident seçkilərini müşahidə edəcəklər
Ali Baş Komandan tarixi ədaləti uğurla və qətiyyətlə bərpa edir! - Məhərrəm Əliyev
Qubadlı istiqamətində düşmənin atıb qaçdığı hərbi texnika və silah-sursat (VİDEO)
Bədii gimnastika üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan milli komandasının heyəti müəyyənləşib
Azərbaycan döyüş meydanında təkbaşına mübarizə aparır - Rufiz Hafizoğlu Omanın “WisalFM” radiosuna açıqlama verib (VİDEO)
Ordumuz üçün yardımları hazırlayarkən çox böyük qürur hissi keçirirdik - Zümrüd Hacıyeva (VİDEO)
Sindey və Brizben şəhərlərində Gəncə terroruna etiraz edilib (FOTO)
Ermənistan Tovuz, Gədəbəy, Daşkəsən və Qubadlı rayonlarını atəşə tutub - MN
“Sərhədsiz reportyorlar”dan ermənilərin təhdid etdiyi jurnalistlə bağlı BƏYANAT
F-16 təyyarələri Ermənistanı və onun havadarlarını niyə narahat edir? - Milli Qəhrəmanın şərhi
Dünya tarixində ən böyük metro faciəsi - Ulduz stansiyasındakı yanğından 25 il ötür (FOTO)
Azərbaycanın balıqçılıq sektorunda əhəmiyyətli irəliləyiş var -FAO
Biz Qarabağa bir daha itirməmək əzmi, bütün dünyanın hesablaşdığı güclü dövlətimiz və qüdrətli Prezidentimizlə qayıdırıq - Vidadi Muradov
Braziliyada bir gündə koronavirusa 29 mindən çox insan yoluxub
Oktyabrın 28-də xarici valyutaların manata qarşı məzənnələri
Erməni kilsəsi son 200 ilə yaxın dövrdə terroru təşviq etməklə xristianlığa ləkə vurub - Deputat
Azərbaycanlı əsgərlərin xilas etdiyi 85 yaşlı erməni qadın danışdı (VİDEO)
Berlində Azərbaycan və Ermənistan səfirlərinin debatı olub (FOTO)
Düşmən itki verərək geri çəkilib - MN
Düşmənin məhv edilən hərbi texnikası - SİYAHI
MN cəbhədəki son vəziyyəti açıqlayıb
İran parlamentinin spikeri koronavirusa yoluxub
Tərtər rayonunun ərazisi artilleriya atəşinə tutulub - MN
"Liverpul" tarixinin 10 000-ci qolunu vurub
Bütün xəbərlər