...

Azərbaycan Rusiyada keçirilən beynəlxalq incəsənət festivalında iştirak edəcək

Mədəniyyət Materials 20 İyun 2013 17:14 (UTC +04:00)
İyunun 26-dan 30-dək Moskvadakı Mərkəzi Rəssamlar Evində "Ənənə və müasirlik" Beynəlxalq İncəsənət Festivalı keçiriləcək.
Azərbaycan Rusiyada keçirilən beynəlxalq incəsənət festivalında iştirak edəcək

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir İ.İsabalayeva/

İyunun 26-dan 30-dək Moskvadakı Mərkəzi Rəssamlar Evində "Ənənə və müasirlik" Beynəlxalq İncəsənət Festivalı keçiriləcək.

Trend Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən xəbər verir ki, Moskva Mədəniyyətin dəstəklənməsi və müasir incəsənətin inkişafı Fondunun təşkilatçılığı ilə 2007-ci ildən etibarən ənənəvi olaraq hər il keçirilən festivalda dünyanın 40 ölkəsindən və Rusiyanın 30 bölgəsindən çoxsaylı rəssamlar iştirak edəcək.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə festivalda ölkəmizi tanınmış rəssam, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti Namiq Məmmədov təmsil edəcək.

1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Namiq Məmmədov sərbəst yaradıcılıq fəaliyyətinə 1983-cü ildən başlayıb. Həmin il keçirilən "Yaradıcı gənclər həftəsi" adlı sərgidə "Bizim bağça" və "Gimnast" adlı əsərləri ilə iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti