...

Romada "Nizami Gəncəvi dünyasının rəngləri" adlı sərginin açılışı olub (FOTO)

Mədəniyyət Materials 22 İyun 2013 03:08 (UTC +04:00)
Romanın “Galleria d’Arte Consorti” sərgi salonunda “Nizami Gəncəvi dünyasının rəngləri” adlı sərginin açılış mərasimi keçirilib.
Romada "Nizami Gəncəvi dünyasının rəngləri" adlı sərginin açılışı olub (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 22 iyun /Trend/

Romanın "Galleria d'Arte Consorti" sərgi salonunda "Nizami Gəncəvi dünyasının rəngləri" adlı sərginin açılış mərasimi keçirilib.

Azərbaycanın İtaliyadakı səfirliyindən şənbə günü Trend-ə verilən məlumata görə, sərgidə gənc azərbaycanlı və italyan rəssamlar Şəhla Qəhrəmanova, Günay Həsənova, Nərminə Vəliyeva, İlariya Rezzi və Martina Donatinin Azərbaycanın dahi şairi Nizami Gəncəviyə həsr etdikləri rəsm əsərləri nümayiş etdirilib.

Azərbaycan-İtaliya Assosiasiyasının sədri Paola Kazaqrande sərginin açılış mərasimini açıq elan edərək Nizami Gəncəvi dünyası və gənc rəssamların rəsm işləri barəsində iştirakçılara ətraflı məlumat verib, ölkələrimiz arasında mədəni əlaqələr və keçirilmiş çoxsaylı tədbirlər haqqında danışıb.

Mərasimdə çıxış etmiş Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov qonaqları salamlayaraq, 1991-ci ildə Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən sonra ölkədə həyata keçirilmiş mühüm islahatlar və uğurlu xarici siyasətin nəticəsində bu gün ölkəmizin güclü və sürətlə inkişaf edən iqtisadiyyatı ilə Cənubi Qafqazda lider ölkəyə çevrildiyini qeyd edib.

Daha sonra Azərbaycan Milli Məclisinin üzvləri, Azərbaycan-İtaliya parlamentlərarası dostluq qrupunun sədri Azər Kərimli və Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru Rafael Hüseynov çıxış edərək Nizami Gəncəvinin həyatı və əsərləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib, onun yalnız Azərbaycan deyil, ümumdünya mədəni irsinə verdiyi töhfələrdən bəhs ediblər.

Sonra Azərbaycan Dillər Universitetinin Xarici ölkələr ədəbiyyatı kafedrasının professoru, "Sönməz Məşəl" Mədəni Əlaqələr İctimai Birliyinin sədri Şəhla Nağıyeva gənc rəssamların rəsm əsərləri və əsərlər vasitəsilə rəssamlar tərəfindən Nizami Gəncəvi dünyasının təsviri barədə geniş məlumat verib.

Sərgi İtaliya cəmiyyəti tərəfindən böyük maraqla qarşılanıb.

Xəbər lenti

Xəbər lenti