...

Azərbaycan filmi IX Kazan Beynəlxalq Müsəlman Film Festivalının qalibi olub

Mədəniyyət Materials 12 Sentyabr 2013 14:34 (UTC +04:00)
Azərbaycan filmi IX Kazan Beynəlxalq Müsəlman Film Festivalının "Ən yaxşı qısametrajlı sənədli film" nominasiyasının qalibi olub.
Azərbaycan filmi IX Kazan Beynəlxalq Müsəlman Film Festivalının qalibi olub

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan filmi IX Kazan Beynəlxalq Müsəlman Film Festivalının "Ən yaxşı qısametrajlı sənədli film" nominasiyasının qalibi olub.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabrın 11-də Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərində 2005-ci ildən başlayaraq hər il ənənəvi olaraq keçirilən Kazan Beynəlxalq Müsəlman Film Festivalının bağlanış mərasimi olub.

Bu il festivala 27 ölkədən qatılmış ümumilikdə 450 filmdən 50 bədii, sənədli və cizgi filmi festivalın müsabiqə proqramına daxil edilib.

Rejissor Fariz Əhmədovun Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Azanfilm" studiyasında çəkdiyi "Əriyən ada" sənədli filmi IX Kazan Beynəlxalq Müsəlman Film Festivalının "Ən yaxşı qısametrajlı sənədli film" nominasiyasının qalibi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti