Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir T.Cəfərov/
Təbrizdə fəaliyyət göstərən "Azərbaycan-Muğam" musiqi qrupunun konserti keçirilib.
Azərbaycanın Təbrizdəki Baş konsulluğundan Trend-ə verilən məlumata görə, Təbriz şəhərinin "Petroşimi" kompleksində keçirilən solo konsertdə Azərbaycanda musiqi təhsili almış "Azərbaycan-Muğam" musiqi qrupunun rəhbəri, gənc xanəndə Nasir Ətapurun ifasında Azərbaycan muğamları, eləcə də "Sarı gəlin", "Küçələrə su səpmişəm" və digər Azərbaycan xalq mahnıları səsləndirilib.
N.Ətapurun 7 yaşlı kiçik şagirdinin ifasında səslənən "Qarabağ şikəstəsi" isə tamaşaçıların böyük alqışları ilə müşayiət olunub.
Konsertdə Azərbaycanın Təbriz şəhərindəki Baş konsulluğunun kollektivi, eləcə də N.Ətapurun musiqi təhsili aldığı Azərbaycan Milli Konservatoriyasının müəllimi Qəzənfər Abbasov da iştirak etdib.
Konsert tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.