...

Bakıda görkəmli incəsənət tənqidçisi və kuratoru Zolt Petranyinin mühazirə və təqdimatı keçiriləcək

Mədəniyyət Materials 28 Fevral 2014 14:09 (UTC +04:00)
Bakıda YARAT Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə Budapeştdə yaşayıb fəaliyyət göstərən görkəmli incəsənət tənqidçisi və kuratoru Zolt Petranyinin mühazirə və təqdimatı keçiriləcək.
Bakıda görkəmli incəsənət tənqidçisi və kuratoru Zolt Petranyinin mühazirə və təqdimatı keçiriləcək

Azərbaycan, Bakı, 28 fevral /Trend/

Bakıda YARAT Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə Budapeştdə yaşayıb fəaliyyət göstərən görkəmli incəsənət tənqidçisi və kuratoru Zolt Petranyinin mühazirə və təqdimatı keçiriləcək.

Trend-in məlumatına görə, təqdimat 2014-cü il mart ayının 3-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.

Zolt Petranyi Macarıstan Milli Qalereyasının Müasir İncəsənət Bölməsinin rəhbəridir.

"Uğur nədir? - Macarıstanın xaricdəki uğurlu layihələri, müasir incəsənətə daxildən və kənardan nəzər" adlı təqdimat Macarıstanla bağlı müxtəlif müvəffəqiyyətli beynəlxalq layihələrə həsr ediləcək.

Biz sonrakı nəticələrlə Venesiya Biyennalesinin Macarıstan Pavilyonunda nümayiş etdirilən bəzi sənət işləri, başqa Biyennalelərə dəstək olmuş digər şəxsləri görərək uğurlu sənət əsərlərinin tarixçəsi barədə suallara cavab alacağıq.

Biz Kiçik Varşava qrupu layihəsinə, 2003-cü ildə Venesiyada Nefertitinin Bədəni, 2007-ci ildə Andreas Foqarasi, 2012-ci ildə Documenta tədbirində İstvan Skakanisin iştirakı, Adam Kokeşin keçənilki İstanbul Biyennalesində iştirakı, Atilla Ksörqonun son Sidney Biyennalesi yaxud Tamas Kazsasın növbəti Biyennaledə iştirakı və s. nəzər salacağıq.

Mühazirəçi beynəlxalq rəssam kuratorlarına dəstək göstərən ACAX təşkilatı barədə söhbət açaraq dəmir pərdələrin ləğv edilməsinin regiona qarşı marağın oyanmasına necə yardım etdiyini analiz edəcək. Mühazirə, həmçinin, ümidlərin puça çıxması, yerli bazarın ləng inkişafı, beynəlxalq incəsənət tədbirlərində iştirak təcrübəsi, 60-cı illərin "nəhəng" avanqard nəslinin kölgəsi və Macarıstanda hökumətin sağ qolunun mədəniyyətə mənfi təsiri kimi məsələlər üzərində cəmlənəcək.

Rəsmi açılış: 18:00
Ünvan: Neftçilər prospekti, 9. (Beynəlxalq Muğam Mərkəzi)
Təqdimat Azərbaycan dilinə sinxron tərcümə ilə İngilis dilində keçiriləcək.
İştirak sərbəstdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti