Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir İ.İsabalayeva/
"BP-Azərbaycan" şirkətinin sponsorluğu ilə Milli Azərbaycan Tarixi Muzeyində 10 günlük "açıq qapı" kampaniyası keçiriləcək.
Muzeydən Trend-ə verilən məlumata görə, yaz tətili müddətində bu kampaniyadan məktəblilər, tələbələr, bütün Bakı sakinləri və qonaqlar faydalana bilərlər.
"Açıq qapı" günləri Tarix Muzeyində martın 15-dən 30-dək (20-21-22-23 mart istisna olmaqla) keçiriləcək.