Azərbaycan, Bakı, 25 fevral /Trend/
Arnold Şvartsenegger "Terminator"un iki yeni sikvelində iştirakını təsdiq edib.
Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, sikvellər üzərində iş "Terminator"un beşinci bölümü ekrana çıxdıqdan sonra başlayacaq.
Beşinci filmin çəkilişləri bu il iyulun 2-də başlayacaq.
A.Şvartsenegger bildirib ki, "Terminator 6"-nın çəkilişləri isə gələn il başlayacaq. O, filmin 7-ci seriyasının çəkilməsi məsələsinə müsbət cavab verib.