...

YARAT-ın “Şəhərin səsi” müsabiqəsinə yekun vurulub

Mədəniyyət Materials 1 May 2015 12:50 (UTC +04:00)
2014-cü ilin noyabrda YAY Qalereyası və Yarat Müasir İncəsənət Məkanı müasir incəsənətə dəstək ideyası çərçivəsində “Şəhərin səsi” adlı beynəlxalq pablik art layihəsinə start verib.
YARAT-ın “Şəhərin səsi” müsabiqəsinə yekun vurulub

Azərbaycan, Bakı, 1 may /Trend/

2014-cü ilin noyabrında YAY Qalereyası və Yarat Müasir İncəsənət Məkanı müasir incəsənətə dəstək ideyası çərçivəsində "Şəhərin səsi" adlı beynəlxalq pablik art layihəsinə start verib. Trend-in məlumatına görə, layihə YAY Qalereyasının qarşısında olan postament üçün pablik art layihənin işlənməsinin açıq müsabiqəsi idi. Müsabiqənin konsepsiyasının tezisi kimi - "İnsanın daxili dünyasının müasir dünyanın xarici faktorları ilə toqquşması" elan olunub.

YAY Qalereyasının keçirdiyi müsabiqəyə 20-dən artıq ölkədən olan iştirakçı 100-ə yaxın layihə təklifləri ilə qatılıb. Layihə göndərənlər arasında Bolqarıstan, Rumıniya, Litva, Serbiya, Polşa, Rusiya, Ukrayna, Gürcüstan, Türkiyə, Fransa, İtaliya, Almaniya, İndoneziya və s. ölkələrdən olan rəssam, heykəltəraş, dizayner və memarlar var. Layihənin münsiflər heyəti və İçəri Şəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən finalistlər müəyyən olunub, onların arasından qalib seçilib.

Beləliklə, Reline Studio adından iştirak edən Urfan Məmmədov və Nicat Nusalovun "Zamanın pəncərəsi" adlı instalyasiyası pablik art müsabiqəsinin qalibi elan olunub. "Zamanın pəncərəsi" instalyasiyasında - Bakı şəhərində ayrı-ayrı dövrlərin memarlıq nümunələrinin cəmləşdiyini ideyası vurğulanır. Bakı şəhəri memarlıq qatlarına görə maraqlı quruluşa malikdir. Belə ki, şəhərin siluetinə diqqət yetirsək, ən qədim zamanlardan müasir, hətta futuristik, memarlıq qatlarını burada görə bilərik. Bunu əmələ gətirən faktorlara misal olaraq qədim Qız Qalasını, İçəri Şəhərinin qala divarlarını, Sovet dövrü memarlığını, yüksək texnoloji memarlıq üslubunda olan "İçəri Şəhər" metrostansiyası, Flame Towers kompleksini göstərmək olar. Bakı şəhəri keçmişi, indiki zamanı və gələcəyi özündə birləşdirir. İnstalyasiyanın əsas qayəsi Bakını və onun həyatını özündə əks etdirməkdir.

Layihənin təqdimatı və qalib əsərin nümayişi bu il iyun ayının birinci yarısında nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti