...

Mədəniyyət və Turizm Nazirliyi yeni layihənin icrasına başlayır

Mədəniyyət Materials 22 May 2015 17:21 (UTC +04:00)
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yaxın günlərdə respublikanın bölgələrində milli təsviri sənətin təbliği, əhalinin bədii və estetik zövqünün yüksəldilməsi istiqamətində yeni layihənin icrasına başlanılacaq.
Mədəniyyət və Turizm Nazirliyi yeni layihənin icrasına başlayır

Azərbaycan, Bakı, 22 may /Trend/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yaxın günlərdə respublikanın bölgələrində milli təsviri sənətin təbliği, əhalinin bədii və estetik zövqünün yüksəldilməsi istiqamətində yeni layihənin icrasına başlanılacaq.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, respublikanın müxtəlif şəhər və rayonlarındakı Heydər Əliyev mərkəzlərində, muzey və digər sərgi salonlarında Mədəniyyət və Turizm Nazirliyinin fonduna məxsus görkəmli Azərbaycan rəssamlarının böyük bədii, tarixi, muzey və yüksək maddi dəyərə malik olan əsərlərinin təqdimatı keçiriləcək.

İlk belə səyyar sərgi 2015-ci il mayın 26-dan iyunun 10-dək Xızı rayonunda keçiriləcək.

Sərgidə Azərbaycanın tanınmış rəssamı, əməkdar incəsənət xadimi Kamal Əhmədin 7 əsəri təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti